Körfəz böhranı: Qətər İranla diplomatik əlaqələri genişləndirir

This photo taken on 24 November, 2015 shows skyscrapers in the Qatari capital Doha. Fotonun müəllifi AFP/Getty Images
Image caption Qətər terrorçuluğu dəstəkləməkdə ittiham olunur

Qətər İranla əlaqələrin məhdudlaşdırılmasına dair dörd ərəb ölkəsindən gələn tələblərin əksinə olaraq Tehranla tam diplomatik əlaqələri bərpa edib.

2016-cı ildə Səudiyyədə tanınmış şiə ruhanisinin edamı ilə bağlı etirazlar vaxtı Ər-Riyadın Tehrandakı səfirliyinə baş verən hücum ardınca Qətər İrandan öz səfirini geri çağırmışdı.

Hazırda Doha Tehranla ikitərəfli əlaqələri "bütün sahələrdə" genişləndirmək istədiyini bildirir.

İran qüdrətli qonşuları tərəfindən səyahət və ticarət məhdudiyyətlərinə məruz qalan Qətərə dəstək göstərib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Bəhreyn Qətəri bölgə boyunca terrorçuluğa dəstək verməkdə təqsirləndirirlər.

Doha Tehranla həddindən artıq yaxın əlaqələrə görə də qınanır. Qətər belə iddiaları dəfərlərlə rədd edib.


Həmçinin oxuyun:


Doha öz səfirinin Tehrana nə zaman qayıdacağını dəqiqləşdirməyib. Bu barədə elan Qətərlə İranın xarici işlər nazirlərinin telefon söhbətindən sonra səslənib.

Şeyx Məhəmməd ibn Əbdul əs-Saninin və Məhəmməd Cavad Zərifin söhbəti barədə məlumatda deyilir ki, nazirlər "ikitərəfli münasibətlər, onların inkişaf yolları və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər".

Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Dohanın elanına münasibət bildirməyiblər.

Diplomatik əlaqələr barədə elan Səudiyyə kralı Salman və vəliəhd Məhəmməd ibn Salmanın 1972-ci ildə saray çevrilişində devrilmiş Qətər kral ailəsinin bir qolunun nümayəndəsilə qəfil görüşdən sonra səslənib.

Ər-Riyad qətərli zəvvarların həcc ziyarətini mümkün edən sövdələşmədə Qətər hökumətinin üzvü olmayan Abdullah ibn Əli Əs-Saninin rolunu təqdir edib.

Fotonun müəllifi AFP
Image caption İran böhran vaxtı Qatar Airways aviaşirkətinə öz hava məkanından istifadə etməyə icazə verib.

Səudiyyə rəsmilərinə əsasən kral Salman qətərli zəvvarların Saudi Arabian Airlines aviaşirkətilə Məkkəyə uçuş haqqını ödəməyə razı olub.

Məkkəyə yollanacaq yerdə qalan zəvvarlar isə sərhədi keçərək avtomobillə səyahət edə biləcək.

Bundan əvvəl Ər-Riyad bildirirdi ki, Qətər Səudiyyə təyyarələrinə Dohaya uçmağa icazə vermir.

Qətər rəsmiləri bunu təkzib edirlər. Onlar sənədlərin səhvən başqa nazirliyə göndərildiyini qeyd edirlər.

5 iyunda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Doha ilə diplomatik əlaqələri dondurub.

Daha sonra dörd (Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir) ərəb ölkəsi terrorçuluğa dəstəkdə ittiham etdikləri Qətərə 13 şərtdən ibarət tələblər siyahısını təqdim edib. Onlardan biri Tehranla əlaqələrin məhdudlaşdırılmasını nəzərdə tutur.

Bu barədə daha geniş