Fransa prezidenti makiyaja 26 000 xərcləyib

Emmanuel Macron Fotonun müəllifi Reuters
Image caption Makiyaj xərcləri sosial mediada müzakirə olunur.

Fransanın dövlət başçısı Emmanuel Macron may ayında prezident seçiləndən bəri makiyaja 26,000 avro (52.500 AZN) xərcləyib ki, bu da bəzi sosial media istifadəçilərini məəttəl qoyub.

The French nəşrində iddia olunur ki, məbləğ Macron-u "gəşəngləşdirmək üçün işə alınan" şəxsi vizajistə ödənilib.

İddialara cavabında prezident administrasiyası bildirir ki, məsrəflər yüksək olsa da, sabiq prezidentlər Holland və Sarkozy-nin xərclədiyi məbləğlərdən azdır.

Macron-un köməkçiləri bu xərclərin gələcəkdə azaldılacağını vəd edirlər.

Kamera işıqları qarşısına çıxan ictimai fiqurlar arasında makiyajdan istifadə nadir hal olmasa da, bir çox adam prezidentin addımının qüsursuz olmadığını hesab edir.

Sosial mediada Macron-un montaj edilmiş şəkilləri peyda olmaqdadır.

Qədim Misir fironu Tutanhamona eyham vuranlar Fransa prezidentinin adını "ToutanMacron" kimi yazıblar.

Bəziləri məzələnmək üçün onun kampaniya şəkillərini montaj edir.

@Hadreb@Stayveiner adlı istifadəçilər isə makiyajı "poudre de Perlimpinpin" adlandırıblar ki, bunun da iki mənası var: sehrbaz toz və yaxud da ilan yağı.

Macron bu ifadəni prezident seçkiləri ərəfəsindəki qızğın debatlar gedişatında rəqibi Marine Le Pen-ə xitabən işlətmişdi.

Əlaqəli mövzular

Bu barədə daha geniş