Üç dəfə talaq: hindistanlı müsəlman qadınların boşanma qələbəsi

File photo of a Muslim woman praying Fotonun müəllifi Getty Images

Hindistan Ali Məhkəməsi İslamda dərhal boşanmanı konstitusiyaya zidd qəbul edib. Hüquq müdafiəçiləri tərəfindən bu, böyük qələbə kimi qəbul olunub. Lakin, mübarizə heç də asan olmayıb. Delhidən BBC müxbiri Geeta Pandey izah edir.

Uzun illər ərzində Hindistanın müsəlman qadınlar qorxu içində yaşayıblar. Onları müsəlman ərləri istədikləri zaman "talaq" (boş ol) sözün üç dəfə təkrarlayaraq boşaya bilərdilər.

Ani "üç talağın" ləğvi ilə bağlı kampaniya bir neçə onillik əvvəl başladılıb.

Lakin, ötən il 35 yaşlı iki uşağı anası müsəlman qadının Ali Məhkəməyə müraciətindən sonra, daha geniş vüsət almağa başlayıb.

Şayara Banonun petisiyası 2016-cı ilin fevral ayında qeydə alınıb. O, şimalda yerləşən Uttarakhand ştatında tibbi müalicə səbəbi ilə valideynlərini ziyarət edərkən ərindən talaqnamə - boşanma məktubu alıb.

Allahabad şəhərində yaşayan əri ilə 15 il boyunca əlaqə qurmağa çalısa da, buna müvəffəq olmayıb. Üstəlik övladlarını görməkdən də məhrum edilib.

Petisiyasında o, müsəlman kişilərin qadınları ilə "daşınan əmlak" kimi davranışına qadağa qoyulmasını istəyib.

O həmçinin, halalanın (boşanmış qadının əri ilə evlənə bilməsi üçün başqa bir kişi ilə evlənməyə məcbur olması) və çoxarvadlılığın (Hindistan müsəlmanları dörd arvad ala bilərlər) da qanunla qadağan edilməsini istəyib.

Bu adətlər "qeyri-qanunidir, ayrı seçkilik salır və cinsi bərabərliyin müasir prinsiplərinə ziddir" o deyib.


Həmçinin oxuyun:


İslamda boşanma

İslam alimləri deyirlər ki, Quran boşanma prosesini aydın şəkildə izah edir. Adətən üç ay çəkməlidir ki, cütlüyün qərarına yenidən göz gəzdirməyə zamanı olsun.

Fəqət əsrlərdir ki, ani talaq - Talaq-i-Bidət kimi tanınır - Hindistanda ruhanilər idarəsinin təsdiqi olmadan tətbiq olunur.

Bidət fars sözü olub "günah" deməkdir və müsəlman kişilərə "talaq talaq talaq deyərək" həyat yoldaşlarını boşamaq imkanı verir.

Kampaniya fəalları deyir ki, müasir texnologiya bu kişilərə arvadlarını telefon, e-mail və ismarışla boşamaq şansı verir.

Kişilərin Skype, WhatsApp və ya Facebookdan bu məqsədlə istifadə etdiyi ilə bağlı misallar da mövcuddur.

Üç dəfə talaq deməklə ani boşanma Şəriət və Quranda əksini tapmır və artıq Pakistan və Banqladeş də daxil olmaqla 22 İslam ölkəsində qadağan olunub.


İllər ərzində bir çox müsəlman qadını üç talağı məhkəmələrə qədər apara bilib. Bəs, Şayara Bano halında fərqli olan və qələbə gətirən şey nədir?

"Bu ilk haldır ki, müsəlman qadını fundamental haqlarının tapdalanması əsasında boşanmasını irəli sürə bilib," onun vəkili Balaji Sirinvasan BBC-yə deyib.

Konstitusiyada da göstərildiyi kimi bu haqlar Hindistan demokratiyasının onurğa sütunu tək qiymətləndirilir və asanlıqla dəyişdirilə və ya aradan götürülə bilməz. Haqları tapdalandığı halda, vətəndaşların hüquqi yardım istəmək haqqı var.

Image caption Şayara Bano üç talağın konstitusiyaya zidd olduğunu Ali Məhkəməyə sübut edə bilib

"Mollalar ona deyib ki, dininə görə fundamental haqqa sahib deyilsən. Hindistanda əgər hindu və ya xristian, yaxud başqa inanca maliksənsə, heç bir problem yoxdur. Bəs əgər müsəlman qadınısansa, heç bir fundamental haqqın yoxdurmu?

"Şayara Bano məhkəməyə müraciət edərək konstitusiyada göstərilən bərabərlik hüququnun pozulduğunu deyib və Ali Məhkəmə prosesi boynuna götürüb," Cənab Srinivasan deyib.

"Görəsən bu əvvəllər niyə heç kimin ağlına gəlməyib," o deyib və əlavə edib, "ola bilsin ki, bu vədəsi çatan bir ideya olub."

Qələbədə digər mühüm rolu Bharatiya Muslim Mahila Andolan-ın (BMMA - Hindistan Müsəlman Qadınları Hərəkatı) ötən bir neçə il ərzində apardığı təbliğat oynayıb.

"Bu, patriarxatın dinlə maskalanmasından başqa heç bir şey deyil," BMMA-nın təsisçi üzvlərindən biri olan Zəkiyə Soman deyib.

"Bizə Allah tərəfindən verilən haqların qanunla aradan qaldırmağa kimin haqqı var?"

Fotonun müəllifi AFP
Image caption Fəallar üç dəfə talağın tamamilə qadağası üçün uzun müddət mübarizə aparıblar

2007-ci ildə təşkilat, ani boşanma və çoxarvadlılıq səbəbi ilə əziyyət çəkən qadınların siyahısını tərtib etməyə başlayıb.

"4710 qadın arasında apardığımız sorğuda müəyyənləşdirdik ki, boşanan 525 qadından 414-ü (və ya 78%-i) üç dəfə talaq nəticəsində boşanıb," Xanım Soman deyir.

Təşkilat həmçinin, təxminən 100 qadının atıldıqdan sonra getməyə yerə olmadığını göstərən məruzə də çap edib.

2012-ci ilin dekabrında onların məsələ ilə təşkil etdikləri ictimai dinləmədə ölkə boyunca 500 qadın iştirak edib.

Onlar baş nazir, qanunverici nazir, azlıqların işləri üzrə nazir, qadın və uşaq inkişafı üzrə nazirə məktublar yazıblar.

Onlar 50,000 imza toplayaraq üç talağın qadağası ilə bağlı çağırış ediblər.

Şayara Banonun petisiyasından iki ay sonra, Afrin Rəhman adlı başqa bir qadın da boşanma məsələsini Ali Məhkəməyə çatdıra bilib. Bundan sonra gələn həftələr ərzində daha üç qadın və BMMA də daxil olmaqla iki qadın təşkilatı bənzəri ərizələri Ali Məhkəməyə təqdim edib.

Hallara birlikdə nəzər salınıb və məhkəmə məsələni həll etmək üçün beş hakimdən ibarət çox inanclı kollegiya - hindu, six, xristian, zərdüşti və müsəlman - yaradıb.

Kollegiyaya Baş Hakim JS Xehar rəhbərlik edib və proses 11 maydan etibarən altı gün müddətində baş tutub. Hər iki tərəfin görüşlərini təqdim etməsi üçün kifayət qədər vaxt verilib.

Fotonun müəllifi Getty Images
Image caption Ani boşanma yüzlərlə həyatı məhv edib

Qadağaya qarşı çıxan təşkilatlardan biri olan Bütün Hindistan Müsəlmanlarının Şəxsi Hüquq Şurası bunun 1400 il tətbiq olunduğunu bildirib və iddia edib ki, "günah belə olsa, üç dəfə talaq müsəlmanlar üçün inam məsələsidir".

Əgər kişilər arvadlarını boşaya bilməsələr, şura deyib, "onları öldürmək və ya diri-diri yandırmaq kimi qeyri-qanuni yollara əl ata bilərlər".

Şuranın vəkilləri həmçinin bildiriblər ki, Hindistanın Bharatiya Janata Partiyasının hakimiyyətdə hindu milliyyətçi məqsədi var və bununla da müsəlmanların şəxsi qaydaları, adətləri və vərdişləri təhlükə altındadır.

Şura, insanları bu vərdişdən yayındıracağı və ani boşanmaya əl atanları icmada boykot ediləcəyini vəd edib.

Petisiyaçılardan biri Müsəlman qadınları təşkilatı Bibak Kollektivini təmsil edən vəkil İndira Jaising fikrə qarşı kəskin etiraz bildirib.

"Qeyri-qanunluq üstünə qeyri-qanunluq, sosial boykot qanuni deyil. Ümid edirəm ki, məhkəmə üç talaq üçün konstitusiyadan kənar edilən təkliflər ilə razılaşmayacaq," o, Twitter hesabında yazıb.

Xanım Jaising, "kişi üstünlüyünün məhkəmə dinləməsi zamanı hiss edildiyi, görüldüyü və eşidildiyini" yazıb.

Qadınlara qarşı ittihamlar və haqsızlıq hakimləri də narahat etdiyinə görə onlar, dönə-dönə dində belə yaxşı qarşılanmayan ani boşanmanın qanunda necə yaxşı səslənəcəyini soruşublar.

"Siz hər cümə günü məsciddə dua edirsiniz. Həmin duada üç talağın günah və pis bir şey olduğunu deyirsiniz. Bəs bunun İslamın daxili işi olduğunu necə dilə gətirə bilirsiniz?" Baş Hakim Xehar soruşub.

Hakim Kurian Yasef əlavə edib: "Allah tərəfindən günah bilinən bir şey, necə kişilər tərəfindən qanunla qüvvəyə minə bilər?"

Sonda məhkəmə, 1400 il tətbiq olunduğu üçün məqbul hesab olunan iddianı qəbul etməyib.

Çərşənbə günü verilən qərarla Hindistan sonunda bir suala cavab tapa bilib - ani boşanma təkcə günah deyil, həm də qeyri-qanunidir.

Əlaqəli mövzular

Bu barədə daha geniş