Barselona: İspaniya kralı terrorizm əleyhinə yürüşdə iştirak edib

Филипп VI на демонстрации в Барселоне Fotonun müəllifi Getty Images
Image caption İspaniya kralı Felipe VI (sağda) və baş nazir Mariano Rajoy da (solda) aksiyada iştirak ediblər.

Barselonada yüz minlərlə insan ötən həftə 15 adamın ölümü ilə nəticələnmiş hücumlar törədən İslamçı silahlılara qarşı yürüşdə iştirak edib.

Barselona küçələrində təşkil edilmiş bu marşda kral Felipe VI və baş nazir Mariano Rajoy da iştirak ediblər.

1970-ci ildə İspaniyada monarxiya bərpa ediləndən bəri kral ilk dəfədir ki kütləvi yürüşdə iştirak edib.

Aksiyaya qatılanlar arasında, hadisələr baş verən zaman insanların köməyinə gəlmiş təcili yardım xidmətlərinin əməkdaşları və yaxınlıqdakı iaşə obyektlərinin işçiləri də olmuşdular.

Yürüş iştirakçıları tərəfindən izdihamın önündə iri hərflərlə "Mən qorxmuram" şüarı yazılmış banner daşınıb.

Digər plakatlardakı yazılarda İslamofobia halları pislənilib.

Marşın davam etiyi müddətdə küçələrlə addımlayan İspaniya kralı və baş nazir yüzlərlə Kataloniya bayrağı önündə hərəkət etməli olublar.

Həmin bayraqlar İspaniyada Kataloniya muxtariyyətının uzun illər ərzində tələb edtiyi müstəqilliyin rəmzinə çevrilib.

Marş davam edən zaman ərzində bəzi iştirakçılar kralın ünvanına "çıx get" şüarı səsləndirirdi.

Paytaxtı Barselona olan Kataloniyada muxtariyyətın müstəqilliyinə dair tanınmamış referendumun keçirilməsi bu ilin oktyabr ayına təyin olunub.

Baş nazir Rajoy, öz növbəsində, "hamını" yürüşdə iştirak etməyə çağıraraq "Kataloniya və İspaniyanın qalan hissəsinin terrora qarşı bir yerdə olduğunu" nümayiş etdirməyə çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş