Barselona hücumu: Almaniyadan olan qadın xəstəxanada vəfat edib

Tributes on the Ramblas, Barcelona, 18 August Fotonun müəllifi Getty Images

Barselona şəhərində avqustun 17-də törədilmiş furqon hücumu zamanı ağır yara almış 51 yaşlı alman qadın vəfat edib.

Nəticədə, avqustun 17-də Barselona və onun yaxınlığında yerləşən Cambrils şəhərində İslamçı silahlıların törətdiyi hücumlarda ölənlərin sayı 16 nəfərə çatıb.

Paytaxtı Barselona olan Kataloniya muxtariyyətındə, İspaniya tərkibindən çıxmaq üçün sentyabr ayında müstəqillik referendumunun keçirilməsinə hazırlıq görülür.

Referenduma təxminən 6 həftə qalmış, Barselona və Cambrils şəhərlərində hücumlar törədilməsi regiondakı əhval-ruhiyyəyə pis təsir göstərib.

Şənbə günü Barselonada keçirilmiş terrorizm əleyhinə yürüşə qatılan İspaniya kralı Felipe VI kütlə tərəfindən fitə tutulub.

Hücumlar, güman edildiyinə görə, 12 cihadçıdan ibarət dəstə tərəfindən hazırlanıb həyata keçirilib.

Onlardan 8-i öldürülüb, 4 nəfər Madriddə məhkəməyə verilib .

Barselona və Cambrils hücumlarında yaralanmış 24 nəfər Kataloniya və Zaragoza xəstəxanalarında müalicə olunur, Kataloniya Səhiyyə Nazirliyi bildirib.

Barselonada yaralananlardan beşinin vəziyyəti kritik, üçünün vəziyyəti ciddi, daha 12 nəfərin durumu isə "az ciddi" kimi qiymətləndirilir.

Cambrils şəhərində yaralananlradan isə birinin vəziyyəti ciddi, digər üç nəfəin vəziyyəti isə "az ciddi" sayılır.

Əlaqəli mövzular

Bu barədə daha geniş