İngiltərə Premyer Liqasında ilk 3 həftənin önə çıxan 10 nəticəsi

Manchester United Menajeri Jose Mourinho Fotonun müəllifi Reuters

İngiltərə millisinin beynəlxalq görüşləri ilə bağlı Premyer Liqada yaranmış fasiləyə Manchester United klubu lider, West Ham isə liqanın sonuncusu olaraq çıxır.

İlk 3 həftədə Manchester United ilə yanaşı oyunu ilə diqqəti çəkən digər bir klub da Liverpool olub.

Mourinho ikinci mövsümə yaxşı başladı

Keçən mövsüm Manchester United ilə Premyer Liqanı 6-cı sırada bitirən Jose Mourinho, ikinci mövsümünə yaxşı başlayıb.

Liqa oyunlarının ilk 3 həftəsındə 9 xal toplamış tək komanda olan United-in portuqaliyalı baş məşqçisi Jose Mourinho qeyd edib ki, komanda onun ikinci mövsümündə "gerçək gücünü" göstərir.

Azarkeşləri tərəfindən "Qırmızı Şeytanlar" adı ilə tanınan Manchester United ilk üç oyununda rəqiblərin qapısına 10 qol vurub, öz qapısını isə toxunulmamış qoruyub saxlaya bilib.

Fotonun müəllifi EPA

Liverpool göz qamaşdırır

Liqada uğurlu start götürən digər bir komanda da Liverpool-dur. Baş məşqçi Jurgen Klopp-un Liverpool komandası, Arsenal-ı 4-0 hesabı ilə məğlub edib.

Həmin oyunda Liverpool-un göstərdiyi futbol tamaşaçılara və mütəxəssislərə böyük zövq verib.

Barcelona-ya transferi gündəmdə olan Philippe Coutinho-nun həmin oyunda iştirak etməməsinə baxmayaraq, qələbənin əldə edulməsi, Liverpool-un böhran dövründən çıxdığına işarə edir.

Huddersfield Town-dan sürpriz start

Ötən mövsüm İngiltərənin Championship birinciliyində çıxış edən və play-off finalını penaltılərlə qazanaraq Premyer Liqaya yüksələn Huddersfield Town, yeni mövsümün ilk 3 həftəsındə topladığı 7 xalla diqqəti özünə çəkib.

Crystal Palace klubunu onun meydanında 3-0, Newcastle United komandasını isə evində 1-0 yenən Huddersfield, Manchester United-lə birlikdə Liqanın ilk 3 həftəsində qapısında gol görməyən iki komandadan biridir.

İngiltərənin şimalında yerləşən Huddersfield şəhərinin komandası Huddersfield Town, £56 milyonluq ($72550000) büdcəsi ilə İngiltərə Premyer Liqasının oyunçu heyətinə ən az pul xərcləmiş klubudur.

Fotonun müəllifi Reuters

City-nin oyunu ürəkaçan deyil

Manchester City Liqa oyunlarına yaxşı başlasa da oynadığı futbol bu ana qədər tərəfdarlrını qane etməyib.

Guardiola'nın komandası ilk həftədə Liqanın yeni klubu Brighton & Hove Albion-u çətinliklə məğlub edəndən sonra, Bournemouth-u da öz meydanında yalnız əlavə edilmiş dəqiqələrin sonunda qol vuraraq udub.

City ilk 3 oyununun ikisini 10 oyunçu ilə başa vurub - bu məqam da diqqəti özünə cəlb edən cəhət kimi qeyd olunur.

Fotonun müəllifi Reuters

Arsenal çətin vəziyyətdə

Mövsümə Community Shield kubokunu qazanaraq başlayan Arsenal, Liqa görüşlərində hələlik öz oyununu tapa bilməyib.

İlk həftə evinde Leicester City ilə oyununu Arsenal yalnız son dəqiqələrdə vurulan qol ilə qazana bilib.

Arsene Wenger-in komandası Stoke City və Liverpool klubları ilə rəqib meydanda keçirdiyi görüşlərdə isə məğlub olub.

Xüsusilə, Liverpool-un meydanında 4-0 hesabı ilə məğlubiyyət Arsene Wenger-in bu komandada gələcəyini sual altına qoyub.

Arsenal ilk 3 həftənın ardından 3 xalla cədvəldə 16-cı sırada yer tutur.

Chelsea-də Conte transfer istəyir

Keçən mövsümün çempionu Chelsea klubu Liqa-nın ilk həftəsində evinde Burnley ilə görüşdə sarsıdıcı məğlubiyyətə uğrasa da, bundan sonra Wembley-də Tottenham klubunu məğlub edib.

Son turda isə, ev görüşündə Everton-u rahatlıqla məğlub edən Chelsea-nin baş məşqçisi Antonio Conte, deyildiyinə görə, rəhbərlikdən yeni oyunçu transferi istəməkdədir. Altı xalla 6-cı yerdə qərarlaşan Chelsea-də, orta sahə və hücum xəttinin gücləndiriləcəyi gözlənilir.

Fotonun müəllifi EPA

Tottenham-in Wembley sindromu

Yeni stadionun inşaatı səbəbi ilə bu mövsüm ev oyunlarını "Futbol məbədi" sayılan Wembley stadionunda oynamalı olan Tottenham Hotspur klubu hələlik bu meydanda qələbə qazana bilməyib.

Liqa-nın ilk həftəsində Newcastle United-i onun meydanında 2-0 hesabı ilə məğlub edən Hotspur, Wembley-də Chelsea-yə 2-1 hesabı ilə məğlub olub.

Son olaraq, Burnley klubunu Wembley-də qəbul edən Tottenham Hotspur oyunu heç-heçə bitirərək 3 həftədə 4 xalla 9-cu sırada yer tutub.

West Bromwich Albion: 3 oyunda 3 qol və 5-ci yer

Mövsümə gözlənilməz startla başlayan digər bir komanda isə West Bromwich Albion-dur.

Bournemouth-u evinde, Burnley-i isə rəqib meydanda 1-0 hesabı ilə məğlub edən West Bromwich Albion, qərbi İngiltərə təmsilçisi Stoke City ilə evindəki görüşü 1-1 hesabı ilə heç-heçə başa vurub.

West Bromwich Albion 3 qolla, ilk 3 həftədən sonra qazandığı xallara görə ilk 10 klub arasında ən az gol vuran iki komandadan biridir və 5-ci sırada yer tutur.

Newcastle United-da "soyuq müharibə"

Bir illik fasilədən sonra Premyer Liqaya geri dönən Newcastle United, ilk iki həftədə Tottenham və Huddersfield-ə uduzandan sonra West Ham United-i 3-0 məğlub edərək nəfəsini ala bilib.

Klubun sahibi Mike Ashley uzun zamandır ki, klubu satmaq istəməsi və bu səbəbdən büdcəni azaltdığından baş məşqçi Rafael Benitez-in tənqidləri ilə üzləşib. Nəticədə onların arasında "soyuq müharibə" başladığı deyilir.

Fotonun müəllifi PA

Liqanın dibinə düşən West Ham-də Bilic-ə inam azalır

İlk üç oyununu rəqib meydanlarında oynayan West Ham United-in isə heç bir xalı hələlik yoxdur.

Manchester United-ə 0-4, Southampton-a 2-3, Newcastle-a 0-3 hesabı ilə uduzan West Ham United-də baş məşqçi Slaven Bilic-ə inamın azaldığı deyilir.

Əlaqəli mövzular

Bu barədə daha geniş