Paraşütla çılpaq tullanan skripkaçı

Violinist skydives over Coffs Harbour in the nude Fotonun müəllifi GLEN DONNELLY
Image caption Glen Donnelly paraşütla tullanarkən skripkası ilə musiqi ifa edib.

Avstraliyalı skripkaçı öz 30 illiyini qeyd etmək üçün çılpaq halda və skripkada çalaraq paraşütla tullanıb.

Peşəkar skripkaçı Glen Donnelly bazar günü Yeni Cənubi Uels ştatında paraşütla tullanışını, təlimatçı ilə tandemdə yerinə yetirib.

Skripkaçı tullanış zamanı əvvəlcə Happy Birthday mahnısını ifa edərək özü özünü təbrik edib.

Paraşüt açılandan sonra isə skripkaçı, ingilis bəstəkar Ralph Vaughan Williams-ın "Şən yüksəliş" adlı mahnısını ifa etməyə başlayıb.

"Paraşüt açılandan sonra skripkada rahat çala bildim…özümü tam azad olaraq azad bir fəzada hiss edirdim", - Donelly BBC-yə deyib

Skripkaçı Glen Donnelly Coffs Harbour şəhəri üzərində tullanmağı kişilərin bədən qüsuru sindromundan - dismorfofobiyadan - əziyyət çəkdiklərinə diqqət cəlb etmək üçün tullanıb.

Fotonun müəllifi GLEN DONNELLY
Image caption Skripkaçı tullanış zamanı musiqi alətini bədəninə bağlamışdı.

Onun öz bədənindən narazılığı 18 yaşında yaranıb, musiqiçi həmkarı onun qarnının gombul olmasını qeyd etdikdən sonra.

"Mən günün 24 saatını qarnımı içəri çəkirdim, və beləcə bədənimə mənəvi və fiziki stress yaratmışdım", - Glen Donnelly deyib.

Dismorfofobiya və ya Güzgü xəstəliyi — gözə dəyməyən qüsurların şəxs tərəfindən kifayət qədər çox şişirdilməsi halını alan psixoloji bir xəstəlikdir.

Dismorfofobiya sindromu səbəbindən Glen Donnelly 2013-cü ildə, o vaxtadək tərkibində çalışdığı London Simfonik Orkestrini və Britaniyanı tərk etməli olub.

Həmin xəstəlikdən Donnelly psixoloqların köməyi ilə müalicə olunmaqdadır.

O, digərlərini bu sindrom barədə xəbərdar edir.

Fotonun müəllifi GLEN DONNELLY
Image caption Paraşütla tullanış musiqiçiyə, onun özünun etiraf etdiyinə görə, coşdurucu hisslər bağışlayıb.

Paraşütla tullanışdan əldə edilən ianələri Glen iki xeyriyyə cəmiyyəti və özünün təsis etdiyi Çılpaqlar Hərəkatı arasında paylaşdırır.

Glen bildirirb ki, paraşütdan çılpaq tullanmaq onun üçün tullanmağın özü qədər vacib olub.

"Tullanmağa hazırlaşarkən keçirdiyim hisslər camaat qarşısında çılpaqlanarkən keçirdiyim hissləri xatırladırdı. Bu qorxu və narahatlıq hissinə üstün gəlmək üçün hələ də səy göstərirəm", - o deyib.

"Tullanış etdiyimə və qorxularımın üzərindən addıya bildiyimə görə fərəh hissi duyuruam, - skripkaçı deyib - Uşaqlıq dövründən özümü həmişə mühakimə edirdim, indi isə özümü qəbul edir və dəyərləndirirəm - bunun üçün uzun bir yol keçməli oldum".