Azı 2000 insanın xilas edildiyi Harvey fırtınası: yollar çaya çevrilib

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Minlərlə insan seldən azad edilib

ABŞ-ın Texas ştatında tropik Harvey fırtınasının gətirdiyi leysan yağışlarına görə azı 2000 nəfər seldən xilas edilib.

Su basmış avtomobillərdə bəzi ölüm halları barədə məlumatlar var, amma araşdırmalar davam etdirilir, polis bildirib.

Texas Qubernatoru Greg Abbott bildirib ki, "inanılmaz dərəcədə güclü yağış" hələ də davam edəcək.

"Biz Houston, Victoria Corpus Christişəhərlərində davam edən yağış üçbucağı ilə məşğuluq," cənab Abbott bildirib.

Fotonun müəllifi Houston Transtar/CCTV
Image caption Houston-da I-610 avtomobil yolunu belə su basıb

Qubernator Abbott fırtına ilə bağlı ölüm hallarını təsdiqləyə bilməyəcəyini deyib.

Hərçənd ki, cümə, şənbə və bazar günləri üç nəfərin ölməsi təsdiqlənib.

Milli Hava Xidməti hava şəraitini "misli görünməmiş" adlandırıb.

Qubernator Abbottəlavə edib ki, təxminən 250 yol və avtomobil yolu bağlanıb.

Houston meri Sylvester Turner insanları həyati təhlükəsi olmayanadək xilasetmə orqanlarına zəng etməməyə çağırıb.

"Küçəyə çıxmayın. Zənn etməyin ki, fırtına bitib", o əlavə edib.

Fotonun müəllifi Reuters
Image caption 3000-dən çox milli xilasetmə üzvü xilasetmə əməliyyatlarına qoşulub

BBC-nin Houston-dakı müxbiri James Cookbildirib ki, leysan yağışlarına görə yollar çaya çevrilib.

Fotonun müəllifi Twitter/@caroleenam/Reuters

Son 13 ildə ilk dəfə olaraq ABŞ-da belə güclü yağıntılara səbəb olmuş Harvey fırtınası cümə günü başlayıb.

Onun çərşənbə gününədək davam edəcəyi proqnozlaşdırılır.

Əlaqəli mövzular