Britaniya mətbuatı: “İnfarkt və xərçəngin qarşısını alan möcüzə dərman” elan edildi

Fotonun müəllifi Getty Images

"Möcüzə dərman" çox bahadır

"The Telegraph" yazır ki, minlərlə infarktın və xərşəng ölümlərinin qarşısını alacaq möcüzə preparat növünün hazırlandığı elan edilib.

Yeni dərmanlar infarktların qarşısını 25 faiz, xərçəng şişlərinin qarşısını isə yarıbayarı ala bilir. Bu preparatlar həm də podaqra və artritlərin qarşısına ala bilir.

Məqalədə deyilir ki, milyonlara insana ürək qüsurları riskinin qarşısının alınması üçün statinlər verilir, halbuki infarkt keçirənlərin yarısında yüksək xolesterol qeydə alınmır.

Alimlər aşkar ediblər ki, orqanizmin iltihabdan qorunması xərçəng xəstəlikləri də daxil bir sıra fəsadların qarşısını ala bilər.

"Canakinumab" (oxunuşu: kanakinumab) adlı preparat təkrar infarktların qarşısını 25 faiz alır, halbuki statinlər üçün bu rəqəm 15 faizdir.

Müalicə zamanı bu preparat üç ayda bir dəfə iynə ilə vurulur.

Preparatın xərçəng xəstəliklərinin qarşını alması mexanizminin bundan sonra da öyrənilməsi qərara alınıb.

Öz kəşfini Barselonada keçirilən konfransda təqdim edən Harvard professoru Paul Ridker deyib ki, bu preparatlar ürək xəsrtəliklərinə qarşı üçüncü cəbhənin açılması deməkdir. Alim pəhriz saxlanmasını və siqaretin tərgidilməsini birinci cəbhə, xolesterola səbəb olan lipidlərin azaldılmasına kömək edən statinlərin kəşfini isə ikinci cəbhə hesab edir.

Dərmanın sınaqdan çıxarılması üçün iltihanbın qarşısını alan canakinumab preparatını 10 min infarkt keçirmiş könüllüyə veriblər.

Bu zaman nəzərə alınmışdı ki, statin qəbul edən pasientlərdə beş ilin içərisində növbəti infarkt baş verə bilər.

Dörd illik araşdırma zamanı aşkar edilib ki, yeni dərman ürək infarktının qarşısını 24 faiz, anginanın qarşısını isə 17 faiz alır. Preparatın xərçəng ölümlərini 51 faiz azaltdığı məlum olub.

İltihab normal halda orqanimzin infeksiya və zədələrə reaksiyasıdır. Lakin iltihab həm də infarkt və insultun baş verməsində böyük rol oynayır.

Expertlər deyirlər ki, yüksək səviyyədə iltihab yaşlanma, xərçəng, revmatoid artrit, osteoartroz və podaqra ilə əlaqələndirilir. Sözü gedən dərmandan bütün bu deyilən proseslərin ləngidilməsində də istifadə oluna bilər.

Yeni müalicə növü interleykin 1 deyilən immun sisteminin qismən bloklanması üsulu ilə aparılır. Belə müalicə bir xəstəyə bir ildə 50 min dollara başa gəlir. Müqayisə üçün statinlərlə (aspirinlə) müalicənin qiyməti ilə 30 dollar təşkil edir.

Lakin ekspertlər ümid edirlər ki, müalicənin daha geniş miqyas alması onun qiymətini endirə bilər. Üstəlik əvəzində bu müalicə milyonlarla dollar dəyərində şuntlama və başqa ağır cərrahiyyələrə ehtiyac qoymayacaq.

Fotonun müəllifi Getty Images
Image caption ABŞ Dövlət Katibi Rex Tillerson prezident Trump-ın sadəcə "öz adından" danışdığını deyib

ABŞ dövlət katibi: "Trump özü üçün danışır"

"The Guardian" qəzetinin yazdığına görə ABŞ dövlət katibi Rex Tillersonun dediyindən belə çıxıb ki, adamlar "prezidentin danışdıqlarına çox da fikir verməməlidirlər".

Onun dediyindən həm də belə başa düşmək olar ki, Charlottesville şəhərində baş vermiş zorakılıqlar barədə verdiyi reaksiyadan sonra Trump "Amerika dəyərlərini" təmsil etmir.

Tillerson bazar günü Fox News kanalına deyib ki, "prezident özü üçün danışır".

Trump bir nəfərin həlak olduğu və onlarca insanın xəsarət aldığı bu zorakılığın məsuliyyətini "bütün tərəflərin" üzərinə qoyub.

Tillersondan soruşublar ki, belə bəyanatlardan sonra Trump Amerikanı xaricdə təmsil edə bilərmi?

Tillerson cavab verib: "Mən inanmıram ki, Amerika xalqının dəyərlərinə və Amerika hökümətinin bu dəyərlərə sadiqliyinə kimsə şübhə edir".

Müsahibəni alan Fox News aparıcısı soruşub: "Bəs prezidentin dəyərləri?"

"Prezident öz adından danışır" cavabını verib Tillerson.

Aparıcı Tillerson-dan özünü prezidentdən ayırıb-ayırmadığını da soruşub. Tillerson deyib ki, o eyni hadisə haqqında öz fikrini və Dövlət Departamentinin mövqeyini açıq bildirib.

Qəzet yazır ki, beləliklə Tillerson prezidentin Charlottesville hadisəsinə dəyişkən reaksiyasını paylaşmaqdan imtina edən növbəti hökumət nümayəndəsi olub.

Ötən həftə Financial Times prezidentin iqtisadiyyat müşaviri Gary Cohn-a istinadən bildirmişdi ki, Ağ Ev iqrçiliyi daha sərt tənqid etməliydi.

Bu həftə isə müdafiə nazirinin çıxışını göstərən video yayılıb. James Mattis orduya müraciətlə bildirirdi ki, "Amerikanın problemi" var və o "ilhamlandırıcı qüvvəsini itirib".

Müdafiə naziri habelə ordunu təmkinlə öz xidmətini davam etdirməyə çağırmışdı.

Bu həftəsonu isə keçşmiş vise-prezident Joe Biden yazıb ki, "indi bizim ağ irqçilər və KKK adamları ilə onların nifrətinə qarşı çıxanlara eyni qiyməti verən prezidentimiz var.

Fotonun müəllifi Getty Images
Image caption Ekspertlər deyirlər ki, söyüş kəskin ağrılar zamanı pasientlərin vəziyyətini yaxşılaşdıra bilər

Söyüş anesteziya vasitəsi kimi?

"The Daily Mail" yazır ki, alimlər söyüş söyməyin fiziki ağrıya dözümü artırdığını müşahidə ediblər.

Ekspertlər deyirlər ki, ağrı zamanı ona söyüşlə reaksiya verənlər ağrıya, nəzakətlərini itirməyənlərlə müqayisədə iki dəfə daha uzun müddətdə dözə bilirlər.

Məqalədə deyilir ki, britaniyalılarda ağrıya söyüşlə reaksiya vermək hardasa mədəniyyətin bir hissəsidir.

Buna görə də Keele və Mərkəzi Lancashire universitetlərinin alimləri öz təcrübələri üçün könüllü iştirakçıları təkcə britaniyalılar yox, həm də çox nadir hallarda söyüş söyən yaponlar arasından seçiblər.

Könüllülərdən əllərini dondurucu suya salmaq xahiş edilib.

Könüllülərin bir qrupundan bu proses vaxtı söyüş söymələri istənib. İkinci qrupa daxil olanlar isə buzlu suyun ağrısına söyüşsüz dözməli idilər.

Britaniya söyüşcülləri əllərini son dərəcə soyuq suda 78, 8 saniyə saxlaya biliblər. Söyüş söymənlərin dözümü yalnız 45, 7 saniyəyə çatıb.

Məcburən söyüş söyən yaponlar əllərini suda 55. 6 saniyyə saxlaya biliblər. Söyüş söyməyən yaponlar üçün bu göstərici cəmi 25. 4 saniyə olub.

Alimlər Skandinaviyada çıxan Journal of Pain (Ağrl jurnalı) məcmuəsində yazırlar ki, söyüşcül britaniyalılar və söyüş söyən yaponlar ayrı mədəniyyətlərdən olsalar da, söyüş onların ağrıya dözümünü artırıb.

Ekspertlər deyirlər ki, söyüş kəskin ağrılar zamanı pasientlərin vəziyyətini yaxşılaşdıra bilər.

Nəzəriyyələrdən birinə görə söyüş "ölüm-dirim" təhlükəsinə reaksiyanı artırır və orqanizmdə dəyişikliyə səbəb olur. Söyüş söyən adamlarda ürək döyüntüsü və əzələ gərginliyi artır ki, bu da ağrının kütləşməsində rol oynayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş