Keniyada plastik paketlər qadağan olunmağa başlayıb

Çöpte plastik poşetler Fotonun müəllifi Getty Images

Keniyada neylon paket satan, istehsal edən və hətta daşıyanlar da 38 min dollara qədər pul və 4 ilə qədər həbs cəzası ilə cəzalana bilər.

Fevral ayının sonunda Keniya dövləti ölkə daxilində plastik paketləri qadağan etmiş və əhalinin bu qərara uyğunlaşması üçün 6 ay müddət vermişdi.

Keniyanın Ekologiya naziri Judy Wakhunghu bu qadağanın ətraf aləmin qorunmasında böyük rolu olacağanı söyləyib.

Plastik paket istehsalçı və idxalçıları isə bu qərarın təxminən 80 minə qədər insanı işsiz qoyacağını deyir.

Keniya Ali Məhkəməsi cümə günü istehsalçıların etirazlarına məhəl qoymayaraq, dövlətin bu qadağasını təsdiqləyib.

Keniyada müştərilərə verilən plastik torbalardan ödəniş alınmırdı.

Keniya dövləti 2007 və 2011-ci illərdə plastik paket istifadəsini qadağan eləməyə cəhd etmiş, lakin müvəffəq olmamışdı.

Keniyada hər ay təxminən 24 milyon plastik paket istifadə edildiyi bildirilir.

BBC-nin Nairobi-dəki müxbiri Anne Soy, keniyalıların çoxunun bu qadağanı dəstəklədiyi qeyd edib.

Ruanda, Cənubi Afrika, Somali və Eritreya da daxil olmaqla, bir çox Afrika ölkələri neylon paket istifadəsinə qadağa qoyub.

Əlaqəli mövzular

Bu barədə daha geniş