İsrail: İran, Suriya və Livanda raket istehsal edən zavodlar inşa etməyə başlayıb

İmageSat İnternational şirkətinin yaydığı və Banyas şəhəri yaxınlığında qurulduğu iddia edilən raket bazasına aid peyk fotoşəkilləri. Fotonun müəllifi IMAGESAT INTERNATIONAL NV/REUTERS
Image caption İmageSat İnternational şirkətinin yaydığı və Banyas şəhəri yaxınlığında qurulduğu iddia edilən raket bazasına aid peyk fotoşəkilləri

İsrailin Baş naziri Binyamin Netanyahu İranın Suriya və Livanda həssas idarə olunan raket istehsal etmək üçün zavodlar inşa etdiyini iddia edib.

Netanyahu İranı "İsraili məhv etməyi hədəfləməkdə, Suriyanı isə müdafiə məqsədli hərbi bazaya çevirməkdə" təqsirləndirib.

İran Suriyadakı vətəndaş müharibəsində Suriya rəhbərliyini dəstəkləyir.

Tehran həmçinin, Livandakı Hizbullah hərəkatını dəstəkləyir.

Netanyahu bu bəyanatını BMT-nin baş katibi Antonio Guterres-in Qüdsə/Yerusəlimə səfəri zamanı verib.

Fotonun müəllifi AFP
Image caption Antonio Guterres və Binyamin Netanyahu

Guterres yanvar ayında bu vəzifəyə təyin olunduqdan sonra ilk dəfədir ki, bu bölgəyə baş çəkir.

Netanyahu inşa edildiyini iddia etdiyi bazalarla bağlı ətraflı məlumat verməyib.

Lakin İsrail lideri bildirib ki, baş verənlər "İsrailin qəbul edə biləcəyi bir şey deyil".

Ötən həftələrdə suriyalı müxalifətə məxsus bir qəzet, Suriyanın şimal qərbində, Banyas şəhəri yaxınlığında bir raket zavodu inşa edildiyini iddia edib.

Bundan sonra İsrailin İmageSat İnternationalşirkəti raket zavoduna aid olduğu iddia edilən peyk fotoşəkillərini yayıb.

Əlaqəli mövzular