ABŞ-da yerləşən biotexnologiya şirkətindən partlayıcı qoxusu hiss edən kompüter

Oshi Agabi Fotonun müəllifi Tedglobal
Image caption Konikunun təsisçisi Oshi Agabi

Birləşmiş Ştatlarda yerləşən biotexnoloji şirkət Koniku-nun nigeriyalı təsisçisi Oshi Agabi siçan neyronları ilə işləyən bir kompüter yaratdığını açıqlayıb.

Tanzaniyada keçirilən TED Qlobal Konfrasında yeni kəşfini açıqlayan Agabi, şirkətin yaratdığı sistemin partlayıcı qoxusunu hiss eləməyə proqramlandığını və mövcud hava limanı təhlükəsizlik sistemlərini əvəz edə biləcəyini deyib.

"Koniku Kore" adı verilən modem böyüklüyündə olan bu cihazın gələcəyin robotlarının beyni ola bilər.

Google və Microsoft kimi böyük texnologiya şirkətləri insan beynini nümunə alan suni intellekt yaratmağa çalışır.

Kompüterlər mürəkkəb riyazi tənlikləri çözməkdə insanlardan çox yaxşı olsalarda, bir çox idraki funksiyalarda insanlar kompüterlərdən yaxşıdır. Məsələn bir kompüterə qoxuları hiss etməyi öyrətmək dəhşətli dərəcədə güc və enerji tələb edir.

"Biologiya texnologiyadır"

Oshi Agabi isə, bioloji funksiyaları təkrarlayan sistemin silikon əsaslı bir prosessorun sərf edəcəyi gücün xırda qismi ilə bunu edə biləcəklərini söyləyib. "Biologiya texnologiyadır. Biazim dərin öyrənmə şəbəkələrimizin hamısı beyni təqlid edir".

Koniku-yu bir il əvvəl bir quran Agabi indiyədək bir milyon dollara yatırım topladığını və şirkətin hazırda təhlükəsizlik şirkətlərilə bağladığı müqavilələrdən 10 milyon dollar gəlir qazadnığını deyib.

Koniku Kore, qoxuları hiss eləyən canlı neyron və silikon əsaslı sensorlardan ibarətdir.

"Neyronlara nə etməkləri barədə göstəriş verə bilərsiniz. Biz partlayıcıları tapa bilən sensoru yaratmasını tələb edirik"-deyən Agabi bu texnologiyanin dünyanını hava limanlarında gizli şəkildə yoxlama keçirə biləcəyinə və ya bəzi xəstəliklərin diaqnozunda istifadə edilə biləcəyinə inanır.

Fotonun müəllifi Getty Images
Image caption Süni intellekt araşdırmaların böyük qismi neyronların fəaliyyətlərini yamsılamağa yönəlib

TED konfransından başqa, şəkilləri ictimaiyyətlə paylaşılmayan cihazla bağlı ən böyük problem neyronları canlı saxlamaqdırr.

Agabi BBC-yə açıqlamasında bu cihazın bir stolun üzərində qala biləcəyini və neyronları bir neçə ay canlı saxlaya biləcəklərini söyləyib.

"Gələcəyin robotlarının əməliyyat gücü sintetik bioloji əsaslı olacaq və biz bu gün onların təməlini atırıq"-deyə Agabi əlavə edib.

"Rəqəmsal kompüterlər sürətli, etibarlı amma savadsızdırlar"

İsveçrənin Cenevrə şəhərində bio və neyro mühəndislik üzərində işləyən Üyss mərkəzindən Prof.John Donoghue isə, Agabi-nin fikrinin maraqlı olduğunu düşündüyünü deyib.

"Rəqəmsal kompüterlər sürətli, etibarlı amma savadsızdırlar. Neyronlar isə, ağıllı və yavaşdırlar", Donoghue deyib.

"Amma onları bir balaca qabın içində saxlamaq çətindin və onları canlı və xoşbəxt saxlaya bilmək böyük problemdir", o, əlavə edib.

Donoghue, Cenevrədəki alimlərin artıq "neyronlarını bir qabın içində saxlamağı və onlarla bir il ərzində əlaqə saxlamağı bacardıqlarını" deyib.

O, bu cür sistemlərin beyin sistemini anlamaq üçün həyacanlandırıcı bir üsül" olduğunu deyib.

Digər alimlər isə nevronların fəaliyyətini silikon kompüter çipləri ilə təkraralamağa çalışırlar və professor Donoghue-nun zəninnzə bu daha sabit sistemlə nəticələnə bilər.

Lakin cənab Aghabi bu sistemin onun icad etdiyi sistemlə mübarizə apara bilməyəcəyini düşünür.

"Yamsılayan silikon ideyası çox çətindir və biz onun kifayət qədər uyğunlaşdırılacağına inanmırıq", o, deyib.

Bu barədə daha geniş