ABŞ: Erdoğan-ın 15 mühafizəçisinin işi məhkəməyə verilib

Washington'daki kavga abı Fotonun müəllifi VOA

ABŞ-da prezident Recep Tayyip Erdoğan-ın may ayında Washington-a səfəri zamanı Türkiyə səfirliyinin iqamətgahı qarşısında baş verən dava ilə əlaqədar 19 nəfər haqqında məhkəmə prosesinin başlanmasına qərar verilib.

Böyük münsiflər heyətinin qəbul etdiyi ittihamnamədə adları qeyd edilən şəxslərin 15-i prezident Erdoğan-ın mühafizəçisidir.

Washington D.C. Prokurorluğu işdə adları keçən şəxslərdən 16-na qarşı ittihamların irəli sürüldüyünü, üç mühafizəçinin adının isə yeni əlavə edildiyini bildirib.

Prokurorluqdan verilən məlumata görə 19 müttəhim nifrət cinayətində ittiham olunub. ABŞ qanunlarına əsasən bu cinayətin cəzası 15 ilə qədər həbsdir.

Bəzi müttəhimlər barəsində əlavə ittihamlar da mövcuddur.

Mayın 16-da Türkiyənin Washington-dakı səfirliyinin qarşısında Erdoğan-a etiraz edən nümayişçilərə onun cangüdənləri və türk təhlükəsizlik nümayəndələri müdaxilə etmişdi.

Hadisə zamanı 11 nəfər yaralanıb, onlardan 9-u xəstəxanaya çatdırılıb.

Prezident Erdoğan-ın şahid olduğunu hadisəni, polis "dinc nümayişçilərə qarşı vəhşi bir hücum" kimi səciyyələndirib.

Bu barədə daha geniş