Houston daşqını: Kimyəvi zavoddan iki partlayış səs eşidilib

Two rescuers from US Navy Helicopter Sea Combat Squadron 7 are lowered to a house after Tropical Storm Harvey flooded a neighbourhood in Beaumont, Texas, 30 August Fotonun müəllifi Reuters

Houston şəhəri yaxınlığında yerləşən kimyəvi zavoddan partlayış səsləri gəlib.

Fövqəladə rəsmiləri deyirlər ki, Arkema zavodundan qara tüstü çıxır və iki partlayış baş verib.

Tropik Harvey fırtınasının gətirdiyi leysan yağışlar nəticəsində Texas ştatının Arkema zavodunda kimyəvi komponentlərin soyudulması sistemi sıradan çıxıb.

Bundan əvvəl şirkət bildirib ki, ehtimal edilən yanğının qarşısını almaq mümkünsüzdür.

Qasırğa nəticəsində azı 33 nəfər həlak olub.

Təbii fəlakət nəticəsində neft şirkətləri boru kəmərləni bağladıqdan ABŞ-da enerji təchizatı sistemləri də zərər çəkib.

ABŞ Milli Metereoloji Xidməti qasırğanın tropik depressiya vəziyyətinədək zəiflədiyini bildirsə də, Texas Louisiana ştatlarında leysan yağışların davam edəcəyini proqnozlaşdırıb.

Fotonun müəllifi Google

Kimyəvi zavodda nə baş verib?

Arkema kimyəvi zavodu işini cümə günü qasırğa yaxnlaşana qədər dayandırıb.

Şirkət bildirib ki, leysan nəticəsində qalınlığı 102sm olan su təbəqəsi yaranıb, kimyəvi zavod daşqına məruz qalıb, zavodun enerji təchizatı kəsilib və ehtiyat generatorlaru da suyun altında qalıb.

Zavodda üzvi peroksidlər istehsal olunur.

Kimyəvi maddələr zavoddakı çəndə saxlanılır və yüksək temperatur şəraitində təhlükə yarada bilər.

Zavodun direktoru CEO Richard Rowe Reuters agentliyinə bildirib ki, "yanğın güclü ola bilər və partlayışa gətirib çıxara bilər".

Onun sözlərinə görə, qara tüstü dəri, göz və ciyəri qıcıqlandıra bilər.

"Ərazidəki daşqın və enerji təchizatında pozuntular yanğnın qarşısının alınmasını mümükünsüz edir", o deyib.

Yanğının zavodun ərazisindən kənara çıxmayacağı ehtimal edilsə də, müəssisənin ətrafındakı ərazidən sakinlər ehtiyat tədbirləri çərçivəsində təxliyə edilib.

Zavod ərazisində qalan son işçilərin təxliyəsi çərşənbə axşamı günü başa çatdırılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş