Məkkədə iki milyon müsəlman Həcc ziyarətinə başlayıb

Muslim pilgrims take a selfie inside Mecca's Grand Mosque at the start of the Hajj (30 August 2017) Fotonun müəllifi AFP
Image caption Həcc üçün Məkkəyə müxtəlif ölkələrdən 1.7 milyon zəvvar gedib

Səudiyyə Ərəbistanında müxtəlif ölkələrdən olan təxminən iki milyon müsəlman illik Həcc ziyarətinə başlayıb.

Sadə ağ paltar geyinmiş zəvvarlar qürub çağında İslamda ən müqəddəs yer sayılan Məkkənin Böyük Məscidində yerləşən kubşəkilli Kəbəyə dövrə vurmağa başlayıb.

2015-ci ildə ölümcül sonra iranlılar ilk dəfədir ki, Həcc ziyarətində iştirak edir.

Səudiyyənin münaqişədə olduğu Qətərdən də onlarca ziyarətçi gəlib.

Müsəlmanlar üçün Həcc ziyarəti İslamın beşinci və sonuncu əməlidir. Bu, hər bir şüurlu müsəlmanın fiziki və maddi imkanından asılı olaraq, ömürləri boyunca azı bir dəfə etməli olduğu ziyarətdir.

Səudiyyənin hakimiyyət orqanları deyirlər ki, onlar iki il öncə izdihamın toqquşmaması üçün bütün lazımi tədbirləri görüb.

Səudiyyə rəsmiləri həmin hadisə zamanı təxminən 800 zəvvarın öldüyünü bildirib, amma qeyri-rəsmi hesablamalara görə ölənlərin sayı 2,400-dən artıq olub.

Fotonun müəllifi AFP
Image caption Çərşənbə axşamı zəvvarlar Məkkənin 20 kilometrlik şərqində yerləşən Ərafat dağına gediblər

Təkcə İran 2015-ci ildə 464 iranlının öldüyünü deyib və hadisəyə görə Səudiyyə hakimiyyətini günahlandırıb - Səudiyyə rəsmiləri ittihamı rədd edib.

Səudiyyənin Daxili İşlər Nazirliyinin sözçüsü Maj Gen Mansour al-Turki bildirib ki, Məkkə və Mədinədə minlərlə kameralarla yanaşı, 100 mindən çox təhlükəsizlik orqanlarının əməkdaşları zəvvarları qorumaq üçün müxtəlif ərazilərə yerləşdirilib.

"Hər şey hazırdır," - deyə o bildirib.

"Bizim planlarımız var, bu planları yerinə yetirmək üçün təlimatlandırılmış insanlarımız var, amma bu, yalnız infrastruktur və bizim tərəfimizdən edilə bilməz. Zəvvarların da öz məsuliyyəti var və biz ümid edirik ki, onlar qrafik planına və axının istiqamətinə uyğun hərəkət edir".

Bu barədə daha geniş