Xərçəngə qarşı "canlı dərman" yaradılıb

Kymriah Fotonun müəllifi Novartis

Birləşmiş Ştatlar xərçəngə qarşı hücuma keçmək üçün xəstənin öz immun sistemini təkmilləşdirmək yolu ilə müalicəni təsdiqləyib.

Tənzimləyici - ABŞ Ərzaq və Dərman Administrasiyası - bu qərarın "tarixi bir an" olduğunu və tibb dünyasının isə "yeni bir dövrə girdiyini" söyləyib.

Novartis şirkəti qan xərçəngi olan insanların 83 faizini sağaldan bu "canlı dərman" terapiyası üçün $475,000 pul istəyir.

Britaniyalı həkimlər bu açıqlamanın irəliyə doğru həyəcanlı bir addım olduğunu deyirlər.

Canlı dərman cərrahiyə və ya kimyaterapiya kimi şərti müalicə üsullarından fərqli olaraq, hər xəstəyə xüsusi hazırlanıb.

Xəstənin qanından ağ qan hüceyrələrini ayırmaqla aparılan bu müalicə üsulu CAR-T adlanır.

Hüceyrələr daha sonra xərçəngi tapmaq və öldürmək üçün genetik olaraq yenidən proqramlaşdırılır. Xərçəng qatilləri daha sonra xəstənin daxilinə yeridilir və onlar hədəflərini tapdıqca çoxalırlar.

"Olduqca həyəcanlandırıcı"

"Biz ölümcül xərçəngə qarşı mübarizədə xəstənin öz hüceyrələrini yenidən programlaşdırma bacarığı ilə, tibb tarixində yeni bir dövrə qədəm qoyuruq", Ərzaq və Dərman İdarəsindən (FDA) həkim Scott Gottlieb deyib.

"Gen və hüceyrə terapiyası kimi yeni texnologiyaların tibbi dəyişdirmək və bir çox ağır xəstəliklərin müalicəsində dönüş nöqtəsi yaratmaq kimi potensialı var", o əlavə edib.

Kymriah adı altında satılan terapiya, kəskin limfoblastik leykoza qarşı mübarizə aparır.

Əksər xəstələr normal terapiyaya cavab verir ancaq, bu müalicələr uğursuz nəticələndikdə Kymriah istifadə olunur.

Philadelphia Uşaq Xəstəxanasında ilk dəfə bir uşağı CAR-T ilə müalicə edən həkim Stephan Grupp yeni yanaşmanın "olduqca həyəcanlandırıcı olduğunu" söyləyib.

"Daha əvvə belə bir şey görməmişik", o əlavə edib.

İlk xəstə ölümcül idi, lakin artıq beş ildən artıqdır ki, o xərçəngdən azad olub.

CAR-T ilə müalicə olunan 63 xəstənin 83 faizi üç ay ərzində xərçəngdən azad olub və hələ də, uzunmüddətli məlumatlar gəlir.

Ancaq terapiya risksiz deil. Bədəndə CAR-T hüceyrələrinin sürətlə yayılması həyat üçün təhlukəli Qudpasçer sindromuna gətirib çıxara bilər. Bu dərmanlar vasitəsi ilə nəzarətdə saxlanıla bilər.

Yeni era

Ancaq CAR-T texnologiyasının potensialı xərçəngin bir növünə aiddir.

Fred Hutchinson adlı Xərçəng Araşdırma Mərkəzində hüceyrə immunoterapiyasının tibbi müdiri, həkim David Maloney FDA-nın qərarının "bir mərhələli" olduğunu söyləyib.

"Biz inanırıq ki, tezliklə müxtəlif növ xərçənglərin müalicəsi üçün çoxlu yeni immunoterapiya əsaslı müalicə üsulları olacaq", o əlavə edib.

CAR-T texnologiyası müxtəlif qan əsaslı xərçənglərə vəd verir. Buna baxmayaraq, o ağciyər xərçəngi və melanoma kimi "ağır şişlərə" qarşı mübarizə aparıb.

Kolumbiya Tibb Universitetinin pediatrik onkoloqu həkim Prakash Satwani-nin dediyinə görə, nəticələr kəskin limfoblastik leykozla müqayisədə o qədər də, möhtəşəm deyil.

O inanir ki, gələcəkdə texnologiya daha yaxşı olacaq.

İmmunitet sisteminin gücləndirilməsi artıq müasir xərçəngin müalicəsinin təməlidir.

İmmunitet sistemini "əyləclərdən çıxararaq" xərçəngə hücum etməyə şərait yaradan bir sıra dərmanlar artıq bütün dünyada qəbul olunub.

Bir addım önə gedən və immunitet sistemini yenidən təkmilləşdirən CAR-T texnologiyası hələ ki, çox daha erkən mərhələdədir.

Böyük Britaniyadakı Xərçəng Araşdırmaları xeyriyyə təşkilatının baş klinisti professor Peter Johnson-un dediyinə görə, FDA tərəfindən təsdiqlənəcək ilk genetik olaraq dəyişdirilmiş hüceyrə terapiyası önə doğru maraqlı bir addımdır.

"Biz hələ onu təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi və nə kimi faydalar əldə edəcəyimizi öyrənməliyik, buna görə də, onun sadəcə bir addım olduğunu qəbul etmək lazımdır", o əlavə edib.

Əlaqəli mövzular