Instagram: Məşhurlar haker hücumuna məruz qalıb

The multi-coloured Instagram logo as seen on a smartphone screen Fotonun müəllifi Getty Images
Image caption Instagram bildirib ki, haker və ya hakerlər məşhur şəxslərin əlaqə məlumatlarını əldə etməyə çalışıb.

Instagram-ın sistemində aşkarlanmış qüsur nəticəsində hakerlərə "bir neçə ulduzun" telefon nömrəsi və email-ləri məlum olub, şəbəkə bildirib.

Facebook-a mənsub olan Instagram şəbəkəsi təsdiqlənmiş üzvlərini hadisə barədə email vasitəsilə xəbərdar edib.

Instagram bildirib ki, "bir və ya daha çox" hücumçu ulduz şəxsləri hədəfləyərək onların əlaqə məlumatlarını əldə etməyə çalışıb.

Instagram şifrələrin oğurlanmadığını bildirib, lakin istifadəçiləri hesablarında mümkün şübhəli hərəkətlərin edilməsi ehtimalı ilə əlaqədar ayıq-sayıq olmağa çağırıb.

Şəbəkə məhz hansı şəxslərin hesablarının hücuma məruz qaldığı barədə bir məlumat verməyib.

Haker hücumu şəbəkənin öz sistemindəki səhvə görə mümkün olub.

Instagram sözügedən səhvin applikasiya proqramlaşdırılması interfeysində (API) aşkar olunduğunu bildirərək, eyni zamanda, həmin qüsurun artıq aradan qaldırıldığını da qeyd edib.

Şirkət özünün təsdiqlənmiş istifadəçilərini "həddən artıq ehtiyatlı" olmağa çağıraraq, gözlənilməz telefon zəngləri, mətn və email-lərlə ehtiyatlı davranmağı tövsiyə edib.

Instagram-ın dünya boyu 500 milyondan çox istifadəçisi var, onlardan 300 milyonu şəbəkə xidmətlərindən hər gün istifadə edir.

Əlaqəli mövzular

Bu barədə daha geniş