Paris: ictimai parkda nudistlər üçün zona açılıb

Stock image of a foot and a hand resting on a park Fotonun müəllifi Getty Images
Image caption Parisdə nudistlər üçün park zonası açılıb.

Fransa paytaxtı Paris yaxınlığındakı ictimai parkda ayrılmış bir məkan nudistlərin istifadəsinə verilib.

Futbol meydançası boyda olan həmin sahə, müvəqqəti bir layihə olaraq şəhərin şərqində, Bois de Vincennes parkında 15 oktyabr tarixinə qədər açıq olacaq,

Rəsmilərin dediyinə görə, nudistlər üçün ayrılan zonada heç bir eksqibisionizm və ya vuayerizm hallarına yol verilməyəcək.

Həmin zona 8: 00-dan 19: 30-dək açıq olacaq.

Bu qərarı dəstəkləyənlər deyir ki, ölkədə nudistlər üçün bir çox çimərlik və istirahət zonalarının olduğu halda, Paris də naturistlər üçün eyni şəraiti yaratmalı idi.

"Bu, naturistlərə verilən daha bir azadlıqdır," - Paris Naturistlər Assosiasiyasından Julien Claude-Penegry AFP-yə bildirib.

"Bu şəhərin azadfikirliyini göstərir və insanların nudistliyə münasibətinin dəyişməsinə kömək edir", - o deyib.

Lakin bu ideyanı tənqid edənlər də var.

Keçən ilin sonunda bu layihə ilk dəfə açıqlananda, bir mərkəzçi siyasi xadim bu ideyanı "ağılsız" adlandırmışdı.

Parislilərin artıq bir ictimai hovuzda həftədə üç dəfə çılpaq üzmək imkanları var.

Əlaqəli mövzular