Aleksandr Lukaşenko yenidən doğum tarixini dəyişib

Лукашенко и Путин Fotonun müəllifi AFP

Rusiya prezidenti Vladimir Putin avqust ayının 30-da ənənəvi olaraq belaruslu həmkarı Aleksandr Lukaşenko-nu ad günü münasibəti ilə təbrik edib.

Lakin son iki ildir ki, Lukaşenko öz doğum gününü yalnız 31 avqust tarixində qeyd edir, amma rəsmi tərcümeyi-halında doğum tarixi tez-tez dəyişir.

Putin Lukaşenko-ya zəng edərək onu səmimi qəlbdən təbrik edib, ona can sağlığı və uğurlar arzulayıb.

Kremlin mətbuatının cümə axşamı yaydığı məlumata görə, bundan başqa, o, Lukaşenkoya təbrik teleqramı da göndərib.

Belarus mətbuatı Lukaşenkonun doğum gününü xüsusilə işdə qeyd etmək qərarına gəldiyini deyib.

Belarus prezidentinin rəsmi internet saytında bildirilir ki, Lukaşenko 30, yox 31 avqust tarixində anadan olub.

Anası xatırlayıb

Prezident karyerasının başlamasından bəri bütün sənəd və məlumat kitabçalarında Lukaşenko-nun doğum tarixi avqustun 30-a qeyd olunub.

Ancaq 2010-cu ildə Belarus prezidenti verdiyi müsahibədə hələ balaca olan oğlu Kolya haqqında danışıb.

O oğluyla eyni gündə doğulduğunu iddia edib. Nikolay Lukaşenko 2004-cü il avqustun 31-də doğulub.

Tezlikə bu iddia rəsmiləşdirildi, rəsmi saytdakı tərcümeyi-hal dəyişdirildi və Belarus liderinin doğum tarixi 31 avqust oldu.

Lukaşenko-nun mətbuat xidmətinin verdiyi məlumata görə, prezident anası ilə danışıb və o oğlunun avqustun 31-də gecə doğulduğunu xatırlayıb, belə ki, kənddə doğum evində sənədlərdə ananın doğum evinə gəldiyi gün, yəni bir gün əvvəl verilib.

Gəzən gün

Lukaşenkonun yeni doğum günü uzun müddətdir ki, qeyd olunmayıb: 2010-cu ilin sonlarında, Belarusun Mərkəzi Seçki Komissiyasına seçkilərdə prezidentliyə namizədliyə alınmaq üçün verilmiş sənədlərdə yenidən 30 avqust peyda olub.

2015-ci il seçkilərdə prezidentin tərcümeyi-halında eyni tarix ortaya çıxıb. Prezidentin saytında da Lukaşenko-ya aid məlumat dəyişilib və əvvəlki doğum tarixi - 30 avqust bərpa olunub.

"Белорусские новости" web.archive.org bazasını tədqiq edərkən aydın olub ki, 1954-cü il 30 avqust tarixi 2016-cı il avqustun sonuna qədər Aleksandr Lukaşenko-nun doğum tarixi kimi qeyd olunub.

Sonradan Belarus prezidentinin doğum tarixi yenidən 31 avqust oldu.

Rəsmi məlumatlara görə, artıq ikinci ildir ki, Aleksandr Lukaşenko öz doğum gününü kiçik oğlu Kolya ilə eyni gündə qeyd edir.

Belarusun rəsmi mətbuatı onu daha yetkin şəkildə çağırır: Nikolay.

Belarus prezidentinin 63 yaşı olur. O, 23 ildir ki, ölkəni idarə edir.