Elon Musk-ın Hyperloop kapsulları sürət rekordu qırıb

Hyperloop система Fotonun müəllifi Elon Musk

Yüksək sürətli Hyperloop nəqliyyat sisteminin testlərində saatda 355 km-ə qədər çatmaq mümkün olub.

Hyperloop sistemi kapsulları sürtünmənin azaldılması üçün havasız nəqliyyat tunellərində istifadə edilir. Bu, onun indiyədək görünməyək yüksək sürətlə sərnişinlər və yük üçün səyahət müddətini azaltmasına kömək edir.

Yeni nəqliyyat sisteminin həvəskarları onun saat-da1000 km-ə çata bilməsinə imkan olduğunu düşünürlər.

Yeni yaradılan Hyperloop nəqliyyat sisteminin yaradılması ilk dəfə olaraq, 2013-cü ildə Tesla şirkətinin rəhbəri Elon Musk tərəfindən təklif edilib.

Bu həftə Los-Angeles yaxınlığında bir mil (1,6 kilometr) uzunluğundakı xüsusi test sahəsində təcrübəli qatarların ilk testləri keçirilib.

Ən sürətli qatar Almaniyadan gələn bir qrup tələbə tərəfindən yaradılıb.

Fotonun müəllifi Reuters
Image caption Hyerloop nəqliyyat sisteminin arxasında məhşur biznesmen Elon Musk durur

Musk-ın "İnstagram" sosial şəbəkəsində yazdığına görə, prototiplərin rəqabəti bitdiyi zaman, Hyperloop komandası "təkanverici kapsullara" insan tərəfindən idarə olunmadan, müstəqil şəkildə test tunelində hərəkət etməyə icazə verib.

"Təkanverici kapsullar" daha öncə təcrübəli modelləri hərəkət edirmək və gətirmək üçün istifadə olunub.

Gələn ay sınaq hərəkatı tunelləri üzərində yeni təkmilləşdirmə işləri nəticəsində kapsulların sürətinin saatda 500 km-ə qədər arta biləcəyi ehtimal olunur.

Bu ilin avqustunda Çinin sürətli qatarı "Fusin" saatda 350 km sürətə çatıb. Çinli mütəxəssislər sürətli dəmir yollarını inkişaf etdirməyin yollarını axtarırlar və qatarların sürətini saatda 400 km-ə qədər artırmağı planlaşdırırlar.

2009-ci ildə Fransanın Alstom şirkəti tərəfindən istehsal olunan yüksək sürətli TGV qatarı sınaq sahəsində sürət həddini saatda 574 km-ə qədər artıraraq, sürət rekordu qırıb.

Buna baxmayaraq, Fransada sərnişin qatarları hələ də saatda 300-320 km sürətilə hərəkət edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş