Yaponiya: Ağcaqanadı ölümlə təhdid edən kişiyə Twitter qadağan edilib

A mosquito biting Fotonun müəllifi Science Photo Library

Yaponiyada bir Twitter istifadəçisi bir ağcaqanada qarşı ölüm təhdidləri etdiynə görə sosial şəbəkədən çıxarılıb.

Təhqir və ya hədələr tvitləyən istifadəçilərə Tvitter bəzən qadağan edilir, lakin şəbəkənin @nemuismywife istifadəçisinə qadağan qoyulması qərarı sosial şəbəkədə istehza ilə qarşılanıb.

Hər şey avqustun 20-si, istifadəçi televizora baxarkən ağcaqanad tərəfindən dişləndiyindən sonra başlanıb.

Ağcaqanadı öldürdükdən sonra, o, tvitləyib: "Oturub dincələrək televizora baxanda mənim hər yerimi dişləməkdən nə ləzzət alırsan? Öl! (Əslində sən artıq ölmüsən)."

Tvitlə birlikdə, o, ölü ağcaqanadın şəklini paylaşıb:

Fotonun müəllifi @nemuismywife/Twitter

Bir qədər sonra, o, Twitter-dən mesaj alıb. Şirkət onun hesabının dondurulduğunu və bir daha bərpa edilməyəcəyini deyib.

@DaydreamMatcha adlı yeni hesab açan istifadəçi Twitter-in qərarını tənqid edib:

"Mən bir ağcaqanadı öldürdüyümü deyəndən sonra mənim əvvəlki hesabım daimi bağlanıb. Bu bir qayda pozuntusudur?"

Onun qəzəbli tviti 31,000 dəfə paylaşılıb və 27,000 Twitter istifadçisi tərəfindən bəyənilib:

Twitter şəbəkədə işgəncə və hədələrin qarşısını almaq üçün bir neçə yeni üsül tətbiq edib və addımlar atıb.

Bəzi mənbələr onun tvitinin bir Twitter mütəxəssisi yox, avtomatlaşdırılmış proqram tərəfindən qeydə alınaraq qadağan edildiyini deyir.

ABŞ biznes dərgisi Fortune, Twitter-in təhqiramiz sözlər və həqarətli hərəkətləri tanıyan yeni alqoritm hazırladığını bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş