Türkiyə iqtisadiyyatının 2-ci rübdə artımı: statistik rəqəmlərdə

Türkiye ekonomisi Fotonun müəllifi AFP
Image caption Bu ilin ikinci rübünü Türkiyə iqtisadiyyatı artımla başa vurub.

Türkiyə iqtisadiyyatı bu ilin 2-cü rübündə 5,1 faiz artıb.

Reuters xəbər agentliyinin təxminlərinə görə artım 5,3 faiz səviyyəsində olmalıdır.

Türkiyənin Statistika Komitəsi (TÜİK) əvvəlki rübə nisbətən artımın 2,1 faiz təşkil etdiyini bildirib.

Artıma səbəb olan amillər

2017-ci ilin ikinci rübündə iqtisadi artımı müəyyən edən ən mühüm sahə investisiya ilə ixracat olub.

TÜİK-in məlumatlarına görə, ixrac 10,5 faiz artıb, idxal isə 2,3 faiz səviyyəsində qalıb.

2016-cı ilin ikinci rübündə ixracatda 1,7 faiz ixtisar baş verərkən, idxalda 7,1 faiz artım müşahidə qeydə alınmışdı.

Dövlət və özəl sektorlarına yatırımlara işarə edən əsas kapitalın həcmi isə 9,5 faiz artıb.

Ən sürətlə böyüyən sektorlar

2017-ci ilin ikinci rübündə informasiya və rabitə sektoru bir il əvvəlin eyni dövrü ilə müqayisədə 10,1 faiz artıb.

Maliyyə və sığorta sahələrində artım 9,4 faiz olub.

İnşaat sektorunda artım 6,8 faiz təşkil edib.

Sənaye sektoru 6,3 faiz artıbsa, ticarət, nəqliyyat, otelçilik və restoran biznesində artım göstəricisi 5,7 faiz olub.

Kənd təsərrüfatı isə eyni dövr ərzində 4,7 faiz böyüyüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş