Apple təqdimatından öncə iPhone X barədə sızma

Apple loqosu Fotonun müəllifi Getty Images

Belə görünür ki, qəsddən təşkil edilmiş informasiya sızması iPhone və Apple şirkətinin yeni cihazları ilə bağlı məxfi məlumatların üstünü açıb.

Bu cihazlar çərşənbə axşamı günü rəsmi təqdim olunmalı idi.

Açıqlanan proqram o cümlədən iki yeni iPhone 8 və iPhone X smatfonlarına aiddir.

Sizma üz tanıma texnologiyasına dair kodları da əks etdirir. Bu texnologiya əsasən kimliyi təsdiqləmək üçün istifadə olunmalıdır.

Şirkət təqdimat gününə qədər yeni cihazları barədə məlumatı məxfi saxlayır.


Bu şirkətin tarixində ən irimiqyaslı sızma sayılır.

Təhlilçilərdən birinə əsasən sızma təqdimatla bağlı bəzi sürprizlərin qarşısını ala bilər.

Lakin onun sözlərinə görə bu yeni cihazlara marağı çox güman ki, azaltmayacaq və yaxud da onların satışına təsir etməyəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş