Turşu hücumuna məruz qalmış qızın əhvalatı

Images of Resham Khan after the attack, before and after applying makeup Fotonun müəllifi Resham Khan
Image caption Resham Khan iyul ayında turşu məhlulu ilə hücuma məruz qalıb.

İqtisadiyyat üzrə Londonda təhsil alan tələbə qız Resham Khan 21 yaşının tamam olmasını iyul ayında qeyd edərkən turşu məhlulu ilə hücuma məruz qalıb. Nəticədə onun sifəti və bədəni yanıb, sol gözü zədələnib.

Bundan sonra Resham bloq yazmağa başlayıb və yazılarında üzünə makiyaj çəkməyin necə üzücü bir işə çevrildiyini təsvir etməyə çalışıb.

Qurban bayramı ərəfəsində onun şəkilləri ölkə mətbuatına da yol tapdıqdan sonra, Resham həmin fotoların çəkilişinə hazırlığın necə çətin iş olduğu barədə yazaraq, eyni zamanada özünün makiyajsız şəkillərini də paylaşıb.

Çərşənbə günü yazdığı postunda Resham qeyd edib ki, onun makiyajlı şəkilləri "gerçəklikdə necə göründüyünü əks etdirmir".

O, qeyd edib ki, üzünün yanıq və yara olan hissəsinə makiyaj qoyulması xeyli ağrılı bir işdir.

Misal üçün, Resham yazıb kı, dodaq pomadasını sürtmək, qaşları almaq indi ağrısız ötüşməyən bir prosesə çevrilib.

Ümumiyyətlə, ona indi qaşlarını almamaq məsləhət görülüb.

Bu səbəbdən də Resham indi qaşlarını almır, sadəcə onların biçimini, ucunu-bucağını və cizqisini kosmetika gələmilə retuşlayır.

Fotonun müəllifi Resham Khan
Image caption Resham makiyajsız fotolarını sosial şəbəkələrdə paylaşıb.

Makiyajsız şəkillərini dərc etməklə Resham sanki, yenidən özünün gerçək kimliyinə qayıdıb və bununla da bir yüngüllük hiss edib.

"Güzgüyə baxanda yenə özümün gerçək sifətimi görürəm, özümü əvvəlki kimi hiss edirəm", - o yazıb.

Resham bildirib ki, o, fotolarını düzəltmək üçün, yanıq, çapıq, yara yerlərini örtmək üçün applikasiya proqramlarından istifadə edib.

O, özünün "təbii və gerçək" şəkillərini Snapchat və Instagram Live şəbəkələrində paylaşıb.

Resham əlavə edib ki, aldığı yaralara baxmayaraq, həyata pozitiv yanaşır və səbirsizliklə gözündə əməliyyatın keçiriləcəyi günü gözləyir.

Twitter istifadəçiləri Reshama ən xoş arzu və niyyətlərini bildiriblər.

"Sənin makiyajsız şəklinə baxıram - sən heyrətamizsən. Sənin dəyanətin və turşu hucumları problemini ictimaiyyətin diqqətinə çatdırmaq səylərin mənə güc verir", - gənclərlə işləyən @AbigailOgier adlı istifadəçi yazıb.

Fotonun müəllifi Resham Khan
Image caption Turşu hücumu nəticəsində Resham Khan sifəti, bədəni və gözündən yaralar alıb.

Resham və onun 37 yaşlı qohumu Jameel Muhktar iyulun 21-də turşu məhlulu ilə edilən hücuma məruz qalıblar.

Onlar Londonda avtomobildə olarkən, maşının pəncərisinə turşu məhlulu atılıb - nəticədə, Jameel ciddi yaralar alıb.

Bu hücumu törədən 25 yaşlı John Tomlin, bilərəkdən ciddi xəsarət yetirmək niyyətilə hücum hazırlamaqda ittiham olunub.

Onun işinə Snaresbrook məhkəməsində noyabr ayında baxılacaq.

İngiltərədə insanlara qarşı turşu məhlulu ilə hücumların sayı 2012-ci illə müqayisədə ikiqat artıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş