Rohinca böhranı: Dinc sakinlər "minaya düşərək şil-küt olublar"

Roshida Haque
Image caption Roshida Haque deyir ki, onun 15 yaşlı oğlunun sağqalma ehtimalı azdır

BBC Myanmada zorakılıqdan qaçarkən minalı ərazilərə düşüb sarsıdıcı xəsarətlər alan Rohinca müsəlmanları ilə danışıb.

Onlardan biri, Banqladeşdə müalicə olunan 15 yaşlı oğlan iki ayağını itirib.

Eyni xəstəxanada qalan başqa bir qadın deyib ki, o və ailəsi də bilmədən minalı əraziyə düşüblər. Minaları kimin yerləşdirdiyi aydın deyil.

Son həftələrdə Myanmadan (Birma) 300 mindən çox Rohincalı qaçıb. Ordu orada dinc əhalini hədəfə aldığını təkzib edir.

Bazar günü Amnesty International insan hüquqları qrupu Myanma hakimiyyətini rohingyalıların qaçdığı sərhəd məntəqələrində piyadalar əleyhinə minalar yerləşdirməkdə ittiham edib.

Myanmanın bir hərbçisi Reuters-ə bildirib ki, minalar 1990-cı illərdə sərhəd boyunca yerləşdirilib və həmin vaxtdan ordu onları zərərsizləşdirməyə cəhd göstərib. Mənbə həmçinin əlavə edib ki, son günlər həmin ərazilərdə heç bir mina yerləşdirilməyib.



BBC-nin ziyarət etdiyi xəstəxanada minaya düşən insanların müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya axını müşahidə olunur, həkimlər deyirlər.

Azizu Hak adlı 15 yaşlı oğlan ayaqlarını itirib. Başqa bir xəstəxanada onun qardaşı da eyni aqibətlə üzləşib, onun anası deyir.

"Onların zədələri o qədər pisdir ki, sanki ölüblər", o, BBC-yə bildirib: "Yaxşısı budur ki, Tanrı [Allah] onları götürsün, onlar çox əziyyət çəkirlər".

Sabequr Nahar adlı başqa bir yaralı qadın deyir ki, hərbi qüvvələr onun icmasını hədəflədiyi üçün Myanmadan qaçıblar və övladları ilə sərhədi keçərkən minanı tapdalayıb.

"Bizə güllə atıblar, vurublar və ərazilərə mina yerləşdiriblər", 50 yaşlı qadın bildirib.

Zorakılıq avqustun 25-də Rohinca yaraqlılarının Raxin vilayətində polis postlarına hücum edərək 12 təhlükəsizlik əməkdaşını öldürdükdən sonra başlayıb.

Bundan sonra başlayan geniş təhlükəsizlik əməliyyatı beynəlxalq tənqidə səbəb olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş