100 Qadın: "Saçımı qaraltdım ki, işdə ciddi qəbul olunum"

Eileen's Instagram photo featuring brown hair Fotonun müəllifi Eileen Carey

Silikon Vadisində işləyən şirkət rəhbəri biznesdə irəliləməsinin sirrini sarışın saçlarını şabalıdı rəngə boyamaqda və dikdaban ayaqqabı və kontakt linzadan imtina etməsində görür.

30 yaşlarında olan Eileen Carey uğurlu şirkət rəhbəridir.

O, eynək taxır, saçları şabalıdıdır.

Amma onun görünüşü hər zaman belə olmayıb.

"İlk dəfə saçlarımı bu biznesdə çalışan bir qadının məsləti ilə boyadım", - o deyir.

Ona deyilib ki, investorlar saçı şabalıdı rəngdə olan qadınla işləməyə daha ürəkli olurla.

Eileen deyir ki, onun saçları sarışın olanda, onu ziddiyyətli Theranos şirkətinin rəhbəri Elizabeth Holmes-a oxşadırlar.

"Saçımın şabalıdı olması mənim bir qədər yaşlı görünməyimə kömək edir, bu mənə lazımdır, çünki, onda məni daha ciddi qəbul edirlər", - Carey deyir.

Fotonun müəllifi Eileen Carey
Image caption Eileen Carey əvvəllər sarışın olub və kontakt linzalar taxıb

Onun Glassbreakers adlı şirkəti digər şirkətləri müxtəlifixtisaslı işçi qüvvəsinin diqqətini cəlb edən kompüter proqramları ilə təmin edir.

İşə götürmək üçün namizədlərlə aparılan söhbətlər zamanı Eileen, sarışın saçlarını qarabuğdayı rəngə boyamış digər qadınlarla rastlaşıb.

"Gəldiyimiz ümumi fikir belə olub ki, qadının sarışınlığı sanki, fetişə çevrilib, - o deyir. - Saçım sarı rəngdə olanda, barda mənə ilişənlərin olacağı ehtimalı daha yüksək olur. Ümumilikdə, bu, bütün sarışın qadınlara aiddir".

"Mənim üçün, işlədiyim sahədə uğur əldə etməyin yolu özümə mümkün qədər daha az diqqət cəlb etməkdir, xüsusilə də, hər cür seksual səciyyəli diqqəti nəzərdə tuturam", - Carey əlavə edir.

O, təkcə saçının rəngini nəzərdə tutmur.

Carey kontakt linza əvəzinə eynək taxır və bədəninə sıx oturmayan "kişisayağı" paltarlar geyir.

O, qeyd edir ki, kişilərin dominantlıq təşkil etdiyi iş mühitində, onun əvvəlki görünüşü kişilərin onunla flirt edəcəyi ehtimalını artırır.

100 Qadın nədir?

BBC 100 Qadın layihəsinə hər il dünya boyunca nüfuzlu 100 qadının adı daxil edilir. 2017-ci ildə biz, bu gün qadınların üzləşdiyi ən böyük dörd problemin həllinə çalışırıq - peşə baryeri, qadın savadsızlığı, ictimai yerlərdə təcavüz və idmanda cinsi ayrı-seçkilik.

Sizin köməyinizlə onlar həll yolunu tapa biləcəklər və buna görə də ideyalarınızı əsirgəməyin. Bizi Facebook, Instagram və Twitter-də tapın və #100Women istifadə edin.


"Mən biznes lideri kimi görünmək istəyirəm, seksual obyekt kimi yox", - o, izah edir.

Carey etiraf edir ki, cinsi zəmində iş mühitində və ya digər ictimai yerlərdə qadınlara sataşma halları geniş yayılıb.

"Bu məsələ, seksual səciyyəli sataşma, bizim işlədiyimiz sahənin problemidir", - o, qeyd edir.

Fotonun müəllifi Lauren Hepler
Image caption Glassbreakers digər şirkətləri işçi qüvvəsinin diqqətini cəlb edən kompüter proqramları ilə təmin edir.

O deyir ki, feminizm və ümumilikdə gender kimi məsələlərə onun münasibəti anasının güclü təsiri altında formalaşıb.

Onun anasının da adı Eileen-dir.

Eileen-in həm anası, həm də xalası 1980-ci illərdə feminist olublar.

"Mənim anam saçlarını həmişə qısa kəsdirib, heç zaman üzünə makiyaj yaxmayıb, heç zaman dikdaban, yubka geyməyib", - Carey qeyd edir.

Keçmişdə Carey saçlarına peşəkar qulluq göstərib, dırnaqlarına manikür çəkdirib.

Fotonun müəllifi Eileen Carey
Image caption Eileen saırışın saçları olan qadındır.

İndi isə o, artıq "anasının qızına" çevrildiyini, "makiyajı, dikdabanı xoşlamadığını", sadəcə, "işdə özünü "rahat hiss etmək" istədiyini deyir.

Carey deyir ki, məhz bütün bunlara görə, işdə özünü məhz qadın kimi aparmaq və qadın olduğunu qabartmaq ehtiyacını hiss etmədiyinə görə, ənənəvi baxışların təsiri altında formalaşan qadınlardan fərqli olaraq, özünü daha rahat və azad hiss edir.

"Bəxtim gətirib ki, gender stereotiplərindən azad olan mühitdə böyüyüb formalaşmışam", - o qeyd edib.

  • Silikon Vadisində 2016-cı ilin sorğusuna əsasən, texnologiya sahəsində işləyən qadınların 60%-i seksual zəmində sataşma halları ilə üzləşib.
  • Seksual zəmində sataşma halları 2016-cı ildə iş mühitində diskriminasiya ilə bağlı baxılmış 91,503 işin təxminən 30%-i təşkil edib.
  • 2013-cü ildə keçirilmiş sorğunun nəticələrinə görə, işdə seksual zəmində sataşma halları ilə üzləşənlərin 75%-i bu barədə bildirməyib.

Şirkətin daxilində ənənəyə çevrilmiş qaydaları dəyişmək asan iş deyil, o deyir.

Bu, onun təbirincə, işçilər üçün çoxsaylı problemlər yarada bilər - təqiblərdən tutmuş mikroaqressiya və bu kimi digər xırdalıqlaradək.".

Əgər şirkətdə mühiti dəyişmək istəyirsənizsə, onda bunun üçün "öz şəxsi həyatınızı qurban verməyə də hazır olmalısınız, - Carey qeyd edir. - Əks halda, o yerə get ki, orada müvəffəqiyyət qazanacağına əminsən".

Fikrini davam etdirərək, o deyir ki, tərkibində qadınların işləmədiyi, qadınlara iş üçün şərait yaradılmadığı, qadınların qalıb işləmək istəmədiyi şirkətlər uzunmüddətli uğura nail ola bilməz, o izah edir.

"İşçilərə, işçilərin sayına, rəhbərlikdə kimin olduğuna diqqət verin. Həmin yerdə işləyən qadınlarla söhbət edin. Əgər həmin yer sizin uğur qazanacağınız yerə oxşamırsa, orada işləməyin".

Əlaqəli mövzular

Bu barədə daha geniş