Fotoqraf “meymun selfisi” ilə bağlı məhkəməni qazanıb

David Slater with macaque moneys in Indonesia Fotonun müəllifi ©David J Slater
Image caption David Slater şəkli İndoneziyada çəkib

Fotoqraf David Slater "meymun selfisi" işi üzrə heyvan hüquqları qrupu ilə iki il ərzində davam edən hüquqi çəkişmələri qazanıb.

Mübahisə Naruto adlı makakanın David Slater-in fotoaparatı ilə 2011-ci ildə çəkdiyi şəkillə bağlıdır.

ABŞ hakimlərinə əsasən, müəlliflik hüququ meymunlara verilə bilməz. Lakin heyvanların hüquqlarını müdafiə edən Peta təşkilatı selfidən meymunun da fayda görməsini istəyir.

Məhkəmə meymunların haqlarını müdafiə edən qrup tərəfindən qaldırılmış iddianı rədd edib.

Lakin cənab Slater şəkildən əldə ediləcək gəlirlərin 25 faizini xeyriyyəyə yönəldəcəyini deyir.


Bu, Peta qrupu ilə cənab Slater-in birgə bəyanatında əks olunub.

Açıqlamada deyilir ki, meymun selfiləri satışlarından cəlb olunmuş vəsaitlərin dörddə biri "Narutonun rifahı və yaxud da onun yaşadığı yerdə ətraf mühitin qorunması üzrə" iş aparan xeyriyyə cəmiyyətlərinə ayrılacaq.

Fotonun müəllifi Wildlife Personalities/David J Slater
Image caption Məhkəmə işi "Naruto David Slater-ə qarşı" adlandırılsa da, meymunun kimliyi mübahisə doğurur.

Peta-nın hüquqşünası Jeff Kerr deyib ki, iş "heyvanların təməl haqlarının genişləndirilməsinə ehtiyac olduğu barədə miqyaslı beynəlxalq müzakirələrə təkan verib".

Məhkəmə işi "Naruto David Slater-ə qarşı" adlandırılsa da, meymunun kimliyi mübahisələr doğurub.

Peta makakanın Naruto adlı dişi meymun olduğunu deyir.

Cənab Slater-ə əsasən isə şelfini fərqli erkək bir meymun çəkib.

İki il davam edən prosesin ardınca San Francisco məhkəməsi cənab Slater-in xeyrinə qərar çıxarıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş