Avstraliyalılar kenquru əti yeməyə çağrılır

İki kenquru Fotonun müəllifi AFP
Image caption Kenqurular Avstraliyada həm zərərli heyvan həm də milli simvol sayılır.

Avstraliyalı torpaq sahibləri və ekoloqlar vəhşi kenquru sayının qəbuledilməz səviyyəyə çatdığını deyərək əhalini daha çox kenquru əti yeməyə çağırırlar.

Rəsmi rəqəmlərə görə 2016-cı ildə kenquruların sayı 45 milyon olub, bu da Avstraliyanın əhalisinin sayının təxminən 2 qatı deməkdir.

2010-cu ildə bu rəqəm yalnız 27 milyon idi və artım yağışlara görə kəskin şəkildə artan qidanın bolluğu ilə izah olunur.

Ancaq bir çox adam ehtiyat edir ki, isti bir yay quraqlıq gətirərsə, milyonlarla heyvan aclığa məruz qala bilər.

Avstraliyada heyvanların insani şəkildə öldürülməsinə dair ciddi qaydalar mövcuddur.

Hər ştatda, heyvanların ticari ovlanmasına dair sərt lisenziya kvotaları var.

Yerli mətbuata görə, tələbatın olmaması və ucuz qiymətlərə görə ov lisenziyalarının çoxu alınmayıb.

Hər il ovlama mübahisələrə səbəb olur.

Onun opponentlərinə əsasən kenquruların sayının azaldılmasının ətraf mühitə faydalı olduğunu təsdiqləyən dəlillər göstərilməyib.

Ovlanmış heyvanların gönü satış və ya ixrac üçün istifadə oluna bilər.

Lakin onların ətlərinə tələbatın olmaması ilə bağlı o, çox vaxt israf edilir, ətraf mühitin mühafizəsi üzrə Avstraliya hökumətinin rəsmi saytında bildirilir.

Kenquru Avstraliyanın milli rəmzi sayılır. Buna görə də onun ətinin yeyilməsi kifayət qədər qınanılır.

Fotonun müəllifi Reuters
Image caption Kenqurulara həm ucqarlarda, həm də ki, yaşayış məntəqələrinə yaxın yerlərdə rast gəlmək olar.

Bəzi avstraliyalılar kenquru ətini turistlər üçün nəzərdə tutulan dəvəquşu və timsah əti kimi yeni məhsul hesab edirlər.

Ətin satılmasını dəstəkləyənlər onda piy faizinin az olduğunu qeyd edirlər. Həmçinin fermada yetişdirilmiş digər heyvanlara nisbətdə atmosferə daha az metan atdığına görə kenquruların ekoloji üstünlüyünü də göstərirlər.

ABC yayım şirkətinə danışan Adelaide Universitetinin professoru David Paton bildirir ki, insanlar ölkənin başqa yerlərində ətraf mühiti qorumaq məqsədilə kenquruların ovlanmasını dəstəkləməlidirlər.

"Həddən artıq artım kenquruların təqsiri deyil, sadəcə olaraq biz onların səbəb olduğu zərərin qarşısını almaq üçün kenqurulara dair çevik şəkildə çözüm tapmağa istəksiz olmuşuq", - o, əlavə edib.

"Əgər biz bu heyvanları ovlayırıqsa bunu insani bir şəkildə etməliyik, həmçinin biz öldürdüyümüz heyvanları necə istifadə etməyimiz barədə də düşünməliyik".

Bu barədə daha geniş