Myanma "etnik təmizləmə" ittihamını rədd edir

A young Rohingya man carries an elderly woman, after the wooden boat they were travelling on from Myanmar crashed into the shore and tipped everyone out in Dakhinpara, Bangladesh Fotonun müəllifi Getty Images
Image caption Yüz minlərlə Rohinca müsəlmanları Banqladeş sərhədini keçib

Myanma, BMT-nin insan hüquqları nümayəndəsinin onun Rohinca müsəlmanlarının "etnik təmizləməsini aparması" barədə sözlərinə narazılığını bildirib.

Ölkənin BMT-dəki səfiri, Raxin vilayətində Rohinca üsyançılarını zorakılıqda ittiham edib və bildirib ki, Myanma (Birma) heç vaxt bu cür vəhşiliklərlə razılaşmayacaq.

Ötən ayın sonundan bəri gərginləşən vəziyyətlə əlaqədar təxminən 370 min Rohincalı Banqladeş sərhəddini keçib.

BMT Təhlükəsizlik Şurası çərşənbə günü bu böhranı müzakirə etmək üçün görüşməlidir.

Myanma ordusu, Rohinca döyüşçüləri ilə mübarizə apardığını və dinc sakinləri hədəflədiyini təkzib edib.

Amma avqustun 25-də qaçmış insanların bir çoxu deyirlər ki, qoşunlar Rohinca silahlılarının hücumlarına, kəndlərin yandırılması və amansız zorakılıq kampaniyası vasitəsilə sakinlərin həmin ərazilərdən çıxarılması ilə cavab verib.

Fotonun müəllifi Reuters
Image caption Ötən ayın sonundan bəri gərginləşən vəziyyətlə əlaqədar təxminən 370 min Rohincalı Raxin vilayətini tərk edib

Buddistlərin çoxluq təşkil etdiyi Raxin vilayətində yaşayan Rohincalar, onları qanunsuz miqrantlar adlandıran Myanmada uzun müddətdir ki, təqiblərlə üzləşiblər.

Bazar günü BMT-nin İnsan Hüquqları qurumunun başçısı Zeid Ra'ad al-Hussein Myanmada Rohinca müsəlmanlarını hədəfləyən təhlükəsizlik əməliyyatının "etnik təmizləmə üzrə klassik misala bənzədiyini" bildirib.

Növbəti gün isə Myanmanın BMT-dəki səfiri Htin Lynn bildirib ki, bu ittihamlar "faydasız və yanlışdır".

"İnsanlığa qarşı cinayətlər və etnik təmizləməyə dair sözlər çox ciddi çalarlar daşıyır. Onlar yalnız ən məsuliyyətli şəkildə istifadə oluna bilərlər və onlar yalnız hüquqi və məhkəmə qərarlarında təsis edilə bilərlər," o, Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında bildirib.

"Demokratik Myanma heç vaxt bu cür vəhşilikləri ilə barışmayacaq", deyən rəsmi Myanmanın həmin sözlərə "qəti etiraz" etdiyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş