Keçmiş model Ağ Evin ictimaiyətlə əlaqələr müdiri təyin edilib

Хоуп Хикс Fotonun müəllifi EPA

Ağ Evin ictimaiyətlə əlaqələr üzrə icraedici müdiri olan 28 yaşlı Hope Hicks, bu vəzifəni daimi olaraq icra etməyə başlayıb.

Hicks uzun müddətdir ki, Trump-ın köməkçisidir və onun ABŞ prezidenti seçilməsindən bəri bu vəzifəyə təyin olunmuş dördüncü şəxsdir.

Onun sələfi Anthony Scaramucci bu vəzifədə cəmi 10 gün müddətində işləyib.

Bundan əvvəl Hicks prezidentin strateji kommunikasiya üzrə direktoru, daha öncə isə seçki qərargahının mətbuat katibi vəzifələrində çalışıb. O, Trump-ın ən etibarlı köməkçilərindən biri hesab edilir.

Əvvəllər Hicks model olaraq çalışıb, xüsusilə Ralph Lauren üçün, sonra isə İvanka Trump-ın moda evinin mətbuat attaşesi vəzifəsində çalışmağa başlayıb. O, 2016-cı ildə Trump-ın prezidentlik kampaniyasına ilk qatılanlardan biri olub. Onun vəzifəsi mətbuatın suallarını cavablandırmaq idi.

Ağ Evin mətbuat katibi Sarah Sanders-dən daha az görünsə də, Ağ Evin ictimaiyyətlə əlaqələr üzrə direktoru kimi, onun əsas vəzifəsi administrasiya tərəfindən göndərilən siqnalları formalaşdırmaq olacaq.

Image caption Hicks İvanka Trump-ın moda evində mətbuat attaşesi kimi çalışmazdan əvvəl, uğurlu bir top model idi.

BBC-nin Ağ Evdəki müxbiri Tara McClevey, jurnalistlərin Hicks-in belə bir vəzifə üçün təhsil və təcrübə baxımından əksikliklərindən şikayətçi olmalarına baxmayaraq, belə bir kadr qərarının öz əsasları olduğunu yazır.

Hicks Waşington-un quruluşuna uyğun gəlməsə də, o çox qiymətli bir keyfiyyətə sahibdir - prezident ona etibar edir. O, Trump-ın ətrafında olan və qarşısına qoyduğu məqsədlərə necə çatmaq istədiyini bilən ən yaxın adamıdır.

Müxbirimiz hesab edir ki, bu Trump-in ictimaiyyətlə olan əlaqələrini tənzimləyən şəxs üçün yaxşı bir təməldir. Hicks siyasət sahəsində təcrübəyə malik deyil, ancaq o son beş il ərzində Trump-ın ailəsi ilə yaxın əlaqədə olub.

Image caption Hicks siyasət sahəsində təcrübəyə malik deyil, ancaq o son beş il ərzində Trump-ın ailəsi ilə yaxın əlaqədə olub.

Hicks-in sələfləri

21 iyul tarixində Donald Trump administrasiyasında vəzifəyə təyin olunan keçmiş maliyyəçi Anthony Scaramucci dərhal bir qalmaqalın içərisinə düşdü. O, iki həmkarı barəsində bir müxbirlə telefon danışığı zamanı nalayiq sözlər istifadə etdi. Onlardan biri, Scaramucci-nin rəhbəri, indi isə, administrasiyanın sabiq rəhbəri Reince Priebus, digəri isə, prezidentin müşaviri Steve Bannonidi.

Müxbir Scaramucci-nin danışıqlarını nəşr etdi.

Priebus Trump-ın mətbuat katibi Sean Spicer, Anthony Scaramucci-nin ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin edilməsindən sonra işdən çıxarıldılar.

Ağ Evin mətbuat katibi Sarah Sanders-in sözlərinə görə, Scaramucci-nin işdən getmə qərarı, general John Kelly-nin prezident administrasiyasına rəhbər təyin olunandan dərhal sonra alındı.

O, Donald Trump-ın Scaramucci-nin davranışından narazı olduğunu və rəhbərliyi altında olan çalışan biri barəsində müxbirlə olan ədəbsiz şəkildə olan danışığını gördüyünü vurğulayıb.

Telefon danışığında Scaramucci Reince Priebus-u "paranoid şizofren" adlandırıb və onu müxbirlərə məlumat ötürməkdə günahlandırıb. Onun sələfi Mike Dubke vəzifəyə təyin olunmasından üç ay sonra istefa verib.

Trump Dubke-ni mart ayının əvvəllərində, Ağ Evin media strategiyasını islah etmək üçün təyin etmişdi. Bundan əvvəl, Dubke bir neçə respublikaçı siyasətçinin PR işləri ilə məşğul olub.

Onun istefası zamanı Trump-ın, onun seçki qərargahının Kreml ilə əlaqəsi şübhələrinə dair istintaq fonunda, Ağ Evin imicindən narazı olduğu deyilirdi.

Politico nəşrlərinin yazdığına görə, 47 yaşlı Dubke istefasının səbəbləri barəsində danışmaqdan imtina edib. "Mənim istefa etməkdə təmamilə şəxsi səbəblərim var, ancaq mənim üçün prezident Trump və onun administrasiyasına xidmət etmək böyük bir şərəf idi."

Jason Miller, təkbaşına mətbuat məsələləri ilə məşğul olan Hope Hicks-ə kömək etmək üçün Trump tərəfəkeçməzdən əvvəl, prezident kampaniyası zamanı senator Ted Cruze-nin baş məsləhətçisi idi.

O, Trump-ın andiçməsinə qədər, prezident komandasının müvəqqəti ictimaiyyətlə əlaqələr şəbəsinin direktoru idi.

Əlaqəli mövzular

Bu barədə daha geniş