Sibir: kişi sevgilisi ilə barışmaq üçün furqonu 3-cü mərtəbəyə qaldırıb

Birthday surprise van on a crane, Biysk, Siberia, September 2017 Fotonun müəllifi Biysk Television
Image caption Aleksandrın furqonu havaya qaldırılıb.

Sibirin Biysk şəhər sakini, Aleksandr adlı cavan oğlan, sevgilisi ilə barışmaq üçün qeyri-adi bir üsula əl atıb.

Bunun üçün, o, qaldırıcı kran vasitəsilə furqonunu qızın yaşadığı üçüncü mərtəbədəki mənzilin balkonu səviyyəsinə qaldırıb və sevgilisinin xoşladığı havanı çaldırıb.

Binadakı qonşular hadisə barədə Vkontakte sosial şəbəkəsi vasitəsilə xəbər yayıblar.

Qonşulardan bəziləri ümid edib ki, polis gəlib bu hoqqanı təşkil edənlərin "dərsini" verəcək.

Lakin polis əməkdaşları vəziyyətlə tanış olduqdan sonra, heç bir pozuntu qeydə almadan çıxıb gediblər.

Fotonun müəllifi Biysk Television
Image caption Yelena Gorbunova: "Aleksandr mənə sürpriz etməyi xoşlayır".

Havaya qaldırılmış furqon rəngbərəng hava şarları ilə bəzədilmişdi.

Oğlanın sevgilisi, Yelena Qorbunova, pəncərəsini açanda Aleksandrla, az qala, üz-üzə gəlmişdi.

Aleksandr əlində gül, hədiyyə və Yelenanın 29 yaşının tamam olması ilə bağlı yazılmış təbrik açıqcası ilə sevgilisinə barışmağı və umu-küsünü unutmağı təklif edib.

Bu zaman aşağıdan saksofonçu Yelenanın sevimli mahnısını ifa edib.

Yelena Qorbunova Metro qəzetinə əhvalat barədə danışarkən, deyib ki, Aleksandr əvvəllər də ona tez-tez sürprizlər edib, lakin belə bir sürprizlə qız ilk dəfədir ki, rastlaşıb.

Onun sözlərinə görə, Aleksandrla araları 3 həftə bundan əvvəl dəyibmiş.

Lakin oğlanın qeyri-adi romantik gedişi qızın ürəyindəki buzu əridib.

Aleksandr isə Biyski Raboçi qəzetinə deyib ki, o, Yelena üçün daha bir sürpriz hazırlayır - belə ki, Aleksandr, Yelenaya evlilik təklifini etməyə hazırlaşır - amma bunu nəcə edəcəyini hələlik qərarlaşdırmayıb.

Fotonun müəllifi Biysk Television
Image caption Aleksandr Yelena üçün daha bir sürpriz hazırlayır.

Əlaqəli mövzular

Bu barədə daha geniş