Banqladeş: Rohincalar qaçqın düşərgələrində qalmalıdır

Qaçqınlar Fotonun müəllifi AFP

Banqladeş hakimiyyəti Myanmadan gələn rohinca qaçqınlarına qarşı hərəkət məhdudiyyəti tətbiq etməyə başlayıb.

Banqladeşdə sığınacaq tapan rohincaların sayı 400 minə yaxındır.

Onların çoxu qonşu ölkəyə avqust ayında gəlib.

Yeni qaydalara görə rohinca qaçqınlarına xüsusi düşərgələrdən kənara çıxmaq qadağan olunur.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Rohinca müsəlmanları kimdir?

Banqladeş həmçinin Koks-Bazar şəhəri yaxınlığında 400 min nəfərlik yeni qaçqın düşərgəsinin inşasına başladığını elan edib.

Ekspertlərə görə rohincaların qaytarılmasına ümid bəsləyən Banqladeş onların yerli əhaliyə qarışmasını istəmir.

Əhalisinin əksəriyyəti buddistlərdən ibarət Myanmada müsəlman rohincalar ordu və buddistlər tərəfindən təqiblərə məruz qaldığını deyirlər.

Həftənin əvvəlində BMT bildirib ki, Myanmada həyata keçirilən təqiblər "etnik təmizləmə" təşkil edə bilər.

Myanma bu iddiaları təkzib edib və bildirir ki, ordu rohinca "terrorçularına" qarşı döyüşür.

Bu barədə daha geniş