Rohinca böhranı: Aung San Suu Kyi-nin “son şansı”

Rohingya stretch their hands to get aid supplies in Cox's Bazar, Bangladesh. Photo: 16 September 2017 Fotonun müəllifi Reuters
Image caption 400 mindən çox rohinca Myanmadan Banqladeşə qaçıb

Myanmanın de fakto lideri Aung San Suu Kyi-nin yüz minlərlə insanın evlərini tərk etməsinə səbəb olan hərbi əməliyyata son qoymasına "sonuncu şansı" qalıb, Birləşmiş Millət Təşkilatının (BMT) Baş katibi deyib.

BMT lideri Antonio Guterres BBC-yə bildirib ki, Aung San Suu Kyi indi hərəkət etməsə "faciə tamamilə dəhşətli olacaq".

BMT xəbərdarlıq edib ki, Myanma ordusunun hücumu etnik təmizləmə kimi qiymətləndirilə bilər.

Myanma isə hərbi əməliyyatın silahlı qruplaşmaların keçən ay törətdikləri hücumlara cavab olduğunu deyir və dinc əhalinin hədəfə alınmadığında israr edir.

Myanma hərbi qüvvələri əməliyyata şimali Raxin ştatında polisə qarşı baş vermiş hücumlardan sonra başlayıb.

Gələn həftə keçiriləcək BMT Baş Assambleyasından əvvəl BBC-nin HARDtalk verillişinə müsahibə verən Baş katib Antonio Guterres deyib ki, Aung San Suu Kyi-nin çərşənbə axşamına planlaşdırılan çıxışı, onun bu hərbi əməliyyata son qoyması üçün son şans olacaq.

Fotonun müəllifi AFP
Image caption Banqladeş hərbi qüvvələri, Myanmadan gələn qaçqınların qaldıqları düşərqələri qoruyurlar

"Əgər o, bu vəziyyətə son qoymasa, onda məncə faciə tamamilə dəhşətli olacaq. Təəssüf ki, mən bu vəziyyətin gələcəkdə necə dəyişəcəyini təsəvvür edə bilmirəm."

Baş katib həmçinin rohincaların evlərinə qayıtmasına icazə verilməsinin vacib olduğunu deyib.

O, Raxin ştatında baş verən hərbi əməliyyatın ölkədə hərbi qüvvələrin hələ də siyasi üstünlüyə sahib olduğunu göstərdiyini iddia edib.

Uzun illər hərbi xunta tərəfindən idarə edilən Myanmada (Burma) ev dustağı olan Aung San Suu Kyi Nobel Sülh Mükafatının keçmiş qalibidir. Lakin indi, o, rohinca məsələsinə görə tənqidlərlə üzləşir.

O, BMT-nin ABŞ-ın New York şəhərində keçiriləcək Baş Assambleyasında iştirak etməməyə qərar verib və böhranın "nəhəng saxta məlumat aysberqi" kimi şişirdildiyini deyib.

O, gərginliyin terroçuların maraqlarını təbliğ edən saxta xəbərlər tərəfindən alovlandırıldığını iddia edib.

Fotonun müəllifi Getty Images
Image caption Qaçqınların xeyrirrə təşkilatlarının payladığı ərzaq mallarından başqa qida mənbələri yoxdur

Hazırda, qonşu Banqladeşə qaçmağa məcbur olan 400 min rohincanın ölkə daxilində hərəkət etməsi qadağan edilib.

Banqladeş həmçinin Koks-Bazar şəhəri yaxınlığında 400 min nəfərlik yeni qaçqın düşərgəsinin inşasına başladığını elan edib.

Ekspertlərə görə rohincaların qaytarılmasına ümid bəsləyən Banqladeş onların yerli əhaliyə qarışmasını istəmir.

Əhalisinin əksəriyyəti buddistlərdən ibarət Myanmada müsəlman rohincalar ordu və buddistlər tərəfindən təqiblərə məruz qaldıqlarını deyirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş