Həməs 2006-cı ildən bəri ilk seçkiləri keçirməyə hazır olduğunu bəyan edib

This file photo taken on July 03, 2015 shows a Palestinian man waving the green flag of the Islamist movement Hamas during a demonstration outside the Dome of the Rock at the Al-Aqsa Mosque compound in Jerusalem. Fotonun müəllifi AFP
Image caption Həməs Misirin danışıqlardakı rolunu alqışlayıb

Fələstinin silahlı Həməs qrupu bəyanatında Qəzzanı idarə edən komitəni ləğv edib və ərazidə 2006-cı ildən ilk dəfə olaraq seçkilər keçirməyə hazır olduğunu deyib.

Həməs həmçinin siyasi rəqibi olan Fətah ilə danışıqlar keçirərək hərəkatların arasındaki ixtilafa son qoymaq niyyətində olduğunu açıqlayıb.

Hər iki siyasi qrupun nümayəndələri yüksək vəzifəli misirli rəsmilərlə Qahirədə görüşlərdə olublar.

Fətah Həməsin bəyanatını müsbət qarşıladığını bildirib və danışıqlarda göstərdiyi kömək üçün Misirə təşəkkür edib.


Həmçinin oxuyun:


Fətahın Misirə göndərilən nümayəndə heyətinin rəhbəri Azzam əl-Əhməd deyib: "Bu addım Fələstinin siyasi təbəqəsinin birliyini möhkəmləndirəcək və xalqımızın əzabına səbəb olan dəhşətli ixtilafa son qoyacaq."

Fətah liderinin müavini Mahmud əl-Alul xəbəri müsbət qarşıladığını bildirib və sərhəd keçid məntəqələrinin idarəçiliyi daxil olmaqla, digər problemlərin həll edilməsinə çağırış edib.

2007-ci ildə ölümcül qarşıdurmalardan sonra, Fətah Qəzza Zolağından xaric edilmişdi.

İki qrupun Qəzza və Qərb Sahilində birlik hökumətinin yaradılmasına yönələn səyləri uğursuz olub.

2006-cı ildəki seçkilərdə Həməs qalin gəlmişdi, lakin 2007-ci ildə baş vermiş qarşıdurma nəticəsində prezident Mahmud Abbas Həməsin baş nazirini vəzifəsindən çıxarmışdı.

Həməs qruplaşması Qəzzanı idarə etməkdə davam edir. Fətah isə Qərb Sahilinin İsrailin nəzarəti altında olmayan ərazilərini idarə edir.

Bazar günü elan edilən bəyanatda, Həməs birlik hökuməti qurmaq üçün danışıqlar keçirməyə hazır olduğunu deyib.

Həməs öz təhlükəsizlik qüvvələrinin idarəçiliyini Mahmud Abbas-a ötürməyə hazır olub-olmadığını bildirməyib. Keçmişdə Fətahın bu tələbi danışıqların pozulmasını səbəb olub, Associated Press deyib.

Həməsin özü və bəzi hallarda onun silahlı qolu İsrail, ABŞ, Avropa İttifaqı, Britaniya və digər ölkələr tərəfindən terrorçu təşkilat hesab edilir.

2007-ci ildən bəri, Qəzza Zolağında məskunlaşan silahlıların hücumlarının qarşısını almaq üçün, İsrail və Misir Qəzzanı quru və dəniz blokadasında saxlamaqdadırlar.

Əlaqəli mövzular

Bu barədə daha geniş