Suriya münaqişəsi: Rusiya qiyamçı qüvvələnə qarşı aviazərbə endirmədiyini deyib

A Su-24 bomber takes off from the an airbase in Syria (file picture) Fotonun müəllifi Reuters

Rusiyanın Müdafiə Nazirliyi, Rusiyanın şənbə günü ABŞ-ın dəstəklədiyi Suriya Demokratik Qüvvələrinə (SDF) qarşı aviazərbə endirdiyi barədə iddianı rədd edib.

Nazirlik bildirib ki, Rusiya hərbi hava qüvvələri yalnız özünü İslam Dövləti (İD) adlandıran qruplaşmanın döyüşçülərini hədəfə alıb.

Kürd və ərəb qruplaşmalarından ibarət olan SDF, şərqi Suriyada altı döyüşçüsünün Rusiyanın aviazərbəsi nəticəsində xəsarət aldığını deyib.

SDF qüvvələri hazırda Deyr-ez-Zor şəhəri istiqamətində irəliləyirlər. Eyni zamanda, Rusiyanın dəstəklədiyi hökumət yönümlü qüvvələr şəhər uğrunda İD-lə döyüşürlər.


Həmçinin oxuyun:


Şənbə günü verdiyi bəyanatda, SDF, günün səhər saatlarında qüvvələrinin Fərat çayının şərqində yerləşən bir qrupunun "Suriya rejimi və Rusiya hərbi təyyarələri tərəfindən hədəfləndiyini" deyib.

Lakin bazar günü, Rusiya müdafiə nazirliyinin sözçüsü, general-mayor İqor Konaşenkov Rusiya hərbi hava qüvvələrinin Deyr-ez-Zor vilayətində yalnız İD-ə qarşı aviazərbələr endirdiyini bildirib.

O həmçinin hərbi hava əməliyyatları barədə SDF-i dəstəkləyən ABŞ-a əvvəlcədən xəbər verildiyini qeyd edib.

Deyr-ez-Zor vilayəti İD-in Suriyada qalan sonuncu dayağıdır. Suriya hərbi qüvvələri və onun müttəfiqləri Rusiya hərbi hava qüvvələrinin köməyilə bu vilayətdə İD-ə qarşı irəliləyirlər.

Bu ayın əvvəli, hökumət qüvvələri İD-in bu şəhər ətrafındakı mühasirəsini yardığını bəyan etmişdi.

İD-in de fakto paytaxtı Raqqa isə SDF tərəfindən mühasirəyə alınıb.

Bu barədə daha geniş