Narkos teleserialının araşdırmaçısı Meksikada güllələnərək öldürülüb

Carlos Muñoz Portal (file picture) Fotonun müəllifi Facebook
Image caption Carlos Munoz Portal Meksika və ABŞ-da bir neçə film üçün iş görüb

Netflix şirkətinin Narcos (Narkos) teleserialı üçün potensial çəkiliş yerlərini nəzərdən keçirən araşdırmaçı mərkəzi Meksikada güllələnərək öldürülüb.

37 yaşlı Carlos Munoz Portal-ın cəsədi Meksika ştatının Temaskalapa şəhərinə yaxınlıqda öz maşınında aşkar edilib.

Bildirilir ki, hal şahidlərinin olmadığına görə yerli istintaq rəsmiləri məlumat tapmaqda çətinlik çəkirlər.

Netflix qeyd edib ki, onun ölüm barədə ətraflı məlumat "hələ də yoxdur".

Fotonun müəllifi AFP
Image caption Narkos kolumbiyalı narkobaron Pablo Eskobarın həyatı barədədir

Munoz-un bir dostu İspaniyanın El Pais qəzetinə deyib ki, cənab Munoz Meksikada müxtəlif yerləri araşdırıb şəkillərini çəkirdi.

Ölümün bazar ertəsi günü baş verdiyi deyilir, lakin hadisə barədə məlumat yalnız təzəcə açıqlanıb.

10 illik karyerasında cənab Munoz, ən yeni James Bond filmi - Spectre, Fast and the Furious (Cəld və Hiddətli) və Sicario kimi məhşur filmlər üçün çəkiliş yerlərini araşdırıb.

Narcos, tanınmış kolumbiyalı narkobaron Pablo Eskobarın həyatı barədədir və ölümü zamanı cənab Munoz teleserialın dördüncü mövsümü üçün çəkiliş yerlərini araşdırırdı. Məlumata görə, teleserialın növbəti mövsümü Meksikanın Juarez narkotik kartelinə həsr ediləcək.

Yaydığı bəyanatda, Netflix Carlos Munoz Portal-ın ölümü barədə məlumatı olduğunu və onun "ailəsinə başsağlığı" verdiyini bildirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş