İraqda Kürdüstan höküməti referendumundan kim nə qazana bilər?

barzani Fotonun müəllifi AFP

İraq Kürdüstan Regional Hökümətinin (İKRH) 25 sentyabr tarixində keçiriləcək müstəqillik referendumunda seçicilər aşağıdakı suala cavab verəcəklər:

İraq mərkəzi hakimiyyəti xaricindəki Kürdüstan regionunun müstəqil bir dövlət olmağını istəyirsinizmi?

Qutuya salınacaq səslərin çoxunun kürdlər tərəfindən olacağını və muxtariyyat tələblərinin güclü bir tarixi olduğunu nəzərə alsaq, bəli, səslərinin qalib olma ehtimalı yüksəkdir.

Ancaq kürdlərin nəzarəti altında olan regionlarda yaşayanlar nə qərar verirlərsə versinlər, referendum təklif etdikləri dəyişikliklər dərhal tətbiq olunmayacaq.

Belə ki, Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) ayrılması prosesi - Brexit-ə bənzər "Kexit" prosesinin yaranmasının ehtimalı çox azdır.



İKRH rəhbəri Məsud Bərzani, BBC-nin Fars Xidmətindən Nafiseh Kohnavardın suallarını cavablandırıb.

Yaxşı, bəs onda niyə referendum keçirilir? Niyə indi?

Keçən il Kürdüstanın daxili siyasəti referendum ətrafında formalaşıb. İKRH rəhbəri Məsud Bərzani artıq mandatı qəbul edib. O, simvolik bir addım olsa da, müstəqillik prosesini 1 noyabr tarixində keçiriləcək seçkilərə qədər keçirmək istəyir.

Eyni zamanda, bu, gələcək 5-10 ildə BMT-nin tanıdığı bir hökumət olmaq, İraq rəhbərliyindən azad olmaq və lazım olan beynəlxalq dəstəyi əldə etmək üçün lazımi bir addımdır.

İKRH, 1991-ci il Körfəz müharibəsinin sonunda, Səddam Hüseyn qüvvələrinin İraqın şimalından çəkilməsindən sonra öz parlamentlərini, nazirliklərini və hərbi qüvvələrini təsis edərək, muxtariyyat statusunu qazanıb.

Ancaq dönüb geriyə baxdıqlarında, bir çox kürd kaş ki, belə qalardı deyir.

ABŞ-ın 2003-cü il işğalı zamanı bu ərazi müvəqqəti olaraq İraqa bir daha birləşsə də, həm ABŞ-dan, həm də İraq Mərkəzi Hakimiyyətindən yarı-muxtar qalacaqları ilə bağlı vəd verilib.

Bu birləşmədən sonra Bağdad və İKRH arasında arasında neft və sərhəd dəyişiklikləri mövzusundakı danışıqlar da mürəkkəbləşib ilişdi. Buna görə Bərzani, İraq daxilində qalmağın "böyük bir səhv" oluduğunu deyirdi.

Kürdlər, son 14 ildə neft ehtiyatının olduğu və əhalisi kürd olmayan Kərkük əyaləti kimi bölgələri nəzarət etmək üçün lazım olan fiziki nəzarət sahələrini də çoxaldıblar.

İKRH İraq-Türkiyə neft borusu layihəsində olduğu kimi, beynəlxalq investorları cəlb edərək, gündə 600 min barel neft ixrac etməyə nail olub.

Buna baxmayaraq İKRH, bir dövlətə lazım olan səlahiyyətlərə malik deyil. Digər tərəfdən isə, Bağdad kürdləri tez-tez neft satışlarını pozmaqla təhdid edir.

Fotonun müəllifi Sadik Gulec

İndi necə olacaq?

İraq, Türkiyə, İran və beynəlxalq ictimaiyyət göstərdiyi səylərə baxmayaraq, İKRH-nı referendumu təxirə salmağa razı sala bilməyiblər.

Türkiyə verdiyi açıqlamalarla referendumu tənqid edəcək, ancaq böyük ehtimalla sərhədləri və neft boru xəttini bağlamayacaq.

İran və İraq-ın dəstəklədiyi şiə silahlılarının, güclü hazırlıq təlimlərindən keçmiş Kürd müdafiə qüvvələrini təhdid edəcəyini düşünmək isə çətindir.

Mənimlə məxfi şəkildə söhbət edən bir çox İraq siyasətçiləri isə İKRH-nın bir dövlət olma yolunda yavaş-yavaş və güclü addımlarla irəlilədiyini düşündüklərini deyirlər.

Lakin, heç bir iraqlı lider, hakimiyyətdə olduğu bir vaxta ölkənin parçalanaraq bölünməsini görmək istəmir.

Buna görə də, bu fikirləri açıqca paylaşmırlar.

Eyni zamanda, Bağdad İKRH-nın səlahiyyətlərini artıracaq təklifləri nəzərdən keçirə bilər.

Hər iki tərəf Kərkük kimi mubahisəli yerlər üzərində 2003-cü ildən bəri mübahisə edir.

Bu səbəblə də, Kürdüstan referendumundan sonra həyat, referendumdan əvvələ görə çoxda fərqli olmaya bilər.

Bu barədə daha geniş