Qadınlar kömək üçün Facebook-da bu adamı "teqləyir"

Fitness guru and police officer Mina Samir advises women who message him about sexual harassment Fotonun müəllifi Mina Samir
Image caption Fitneslə məşğul olan polis zabiti Mina Samir , seksual zəmində təqib və təhqid edlən qadınlara vəziyyətdən çaxmaq barədə məsləhətlər verir.

Misirdə 25 yaşlı polis əməkdaşı Mina Samir idmanı sevdiyinə görə tanınır - lakin ona hər həftə minlərlə qadının mesaj göndərməsinin səbəbi başqadır.

Samirin bir neçə Facebook səhifəsi var. Həmin səhifələr vasitəsilə o, sağlam həyat tərzi təbliğ edir, o cümlədən, Facebook-da idmanla məşğul olan və bu mövzu ilə maraqlanan qadınlar üçün qrup yaradıb.

Həmin qrupa aid səhifənin 800,000-ə yaxın qadın izləyicisi var.

Mina Samir-in rəsmi səhifəsinin isə 1 milyona yaxın pərəstişkarı var.

Onlayn cinsi təqib və təhqir qurbanları ona məsləhət almaq üçün mesaj göndərməyə başlayanda Samir həmin mesajlara cavab verməyi özünə borc sayıb.

"Seksual zəmində təhqir qurbanları adətən abırsızlıq və ədəbsizlik ittihamları ilə üzləşir, - o, Misirin TeN televiziya kanalına bildirirb. - Belələrini dəstəkləyənlər az olur, təhqir edənlər isə belə vəziyyətdən istifadə edir".

Samir deyib ki, qadınları əzən adət-ənənə mühitində o, təhqir və təqib qurbanlarını dəstəkləmək istəyir.

Fotonun müəllifi Mina Samir
Image caption Mina Samir Facebook və Instagram-da idman məçqləri və sağlam həyat tərzində tez-tez postlar paylaşır.

Yaxın Şərq cəmiyyətlərində namus və ədəb-ərkana dair mühafizəkar baxışlar şəraitində gənc qadınlar seksual səciyyəli təsvirlərinə görə alçaldılır və onları rüsvay etmək istəyənlər tərəfindən hədələnir, BBC tərəfindən 2016-ci ildə aparılmış araşdırma aşkar edib.

Mina Samirin nüfuzu və hörməti Facebook qadın qrupları arasında o dərəcədə artıb ki, indi qadın qrupları onu Facebook-da "teqləyir" kı, ondan kömək və məsləhət alsınlar.

Samir deyir ki, onun bu sahədə fəaliyyəti gənc qadının mesajına cavabından başlayıb. Həmin qadının sevgilisi, onu nə vaxtsa çəkdirdiyi şəxsi açıq-saçıq şəkilləri ilə hədələyirdi.

"Mən ona düşdüyü vəziyyətdə hansı addımlar atmaq barədə məsləhət verdim. Bundan sonra isə, tədricən gündə tonlarla mesaj almağa başladım",- polis əməkdaşı deyir.

"Qadınların seksual zəmində təqibi və təhqiri qorxulu miqyas almaqdadır. Əvvəllər gündə təxminən 9-10 mesaja cavab verirdim. Lakin indi bunun öhdəsindən gələ bilmirəm - hər həftə yardım göstərmək xahişi ilə tonlarla mesaj gəlir".

Samirin sözlərinə görə, adətən o, qadınlara online məsləhət verir, şikayət ərizəsini yazmağı öyrədir, onların dəstəyə ehtiyacı olanda ailələrilə də söhbət edir.

"Bir çox hallarda qadınlar özlərini necə müdafiə etmək barədə heç nə bilmir", - Samir bildirir.

O, eləcə də qadın ardıcıllar üçün məsləhətlərdən ibarət postlar paylaşır - kiberməkanda təqibçilərdən necə qorunmalı, qadınları hədələməyə imkan verən məlumatı onlardan qoparmağa çalışan hiyləgər Facebook qruplarını necə aşkarlamalı və bu kimi digər məsləhətlər.

Bu barədə daha geniş