Kim deyir ki, "ağlını itirmiş" Trump nüvə proqramının lazım olduğunu göstərir

Kim Jong Un Fotonun müəllifi Reuters/KCNA
Image caption Şimali Koreya dövlət mediası vasitəsilə yayılmış şəxsi bəyanatında, Kim Jong-un deyib ki, BMT-də etdiyi çıxışı Donald Trump-a baha başa gələcək.

Kim Jong-un-un təbirincə, "ağlını itirmiş" ABŞ prezidenti Donald Trump-ın BMT-də çıxışı, onu əmin edib ki, Şimali Koreya nüvə silahını inkişaf etdirməklə düzgün addım atmaqdadır.

Dövlət mediası vasitəsilə yayılmış şəxsi bəyanatında, Kim Jong-un deyib ki, BMT-də etdiyi çıxışı Donald Trump-a baha başa gələcək.

Çərşənbə axşamı ABŞ prezidenti bildirib ki, Amerika özünü müdafiə etməyə məcbur edilsə, Şimali Koreyanı "tamamilə məhv edəcək".

Trump, çıxışında Kimi lağa qoyaraq, onu "intiharçı missiyasına" çıxan "raket insan" adlandırıb.

İki ölkə arasında düşmənçilik ritorikası son aylar ərzində güclənməkdədir.

Şimali Koreya misli görünməmiş sayda raket sınağı keçirir və beynəlxalq qınağa baxmayaraq 6-cı nüvə sınağını keçirib.

Şimali Koreyanın Xarici İşlər naziri Ri Young-ho bundan əvvəl Trump-ın nitqini "hürən itin səsinə" bənzədərək, xəbərdarlıq etmişdi ki, Pxenyan ABŞ prezidentinin hədələrinə cavab olaraq Sakit Okeanda hidrogen bombasının sınağını keçirə bilər.

"Bu, Sakit Okeanda hidrogen bombasının ən güclü detonasiyası ola bilər", - Ri Young-ho bildirib.

Onun sözlərini Cənubi Koreyanın Yonhap xəbər agentliyi iqtibas gətirib.

"Biz bilmirik bu nə ola bilər, çünki qərarı Kim Jong-un özü verəcək", Ri Young-ho əlavə edib

Bu barədə daha geniş