İraq kürdləri referendumda müstəqilliyi böyük çoxluqla dəstəkləyiblər

Kurdish electoral officials count votes from an independence referendum in Irbil, northern Iraq (25 September 2017) Fotonun müəllifi EPA
Image caption Referendumda seçici fəallığı 72 faiz olub, rəsmilər deyirlər

İraqın Kürdüstan Regional Hökumətinin (İKRH) nəzarəti altında olan ərazilərdə yaşayanların əksəriyyəti bazar ertəsi günü keçirilən referendumda İraqdan müstəqil olmağın lehinə səs veriblər, ilkin nəticələr göstərir.

İKRH seçki komissiyasının bəyanatında bildirib ki, seçkidə iştirak edənlərin 92 faizi müstəqilliyin lehinə səs verib.

Bəyanatın açıqlanmasından əvvəl, İraqın Baş naziri Heydər əl-Abadi, referendumunun nəticəsini "ləğv etməsini" tələb edib.

Parlamentdə çıxış edən Heydər əl-Abadi nəticəni "heç vaxt müzakirə etməyəcəyini" deyib və kürdləri "konstitusiya çərçivəsində dialoqa" çağırıb.

"Onlar danışıqlara başlamaq istəyirlərsə, referendumu və nəticəsini ləğv etməlidirlər", o əlavə edib.

O, həmçinin Kürdüstanın bütün bölgələrində "İraq hakimiyyətini tətbiq etmək" sözü verib.



Referendumun nəticəsi hələ açıqlanmır, ancaq əhalinin əksəriyyətinin müstəqilliyi dəstəklədiyi gözlənilir.

Kürd rəhbərləri deyib ki, "bəli" səsi onlara Bağdad və qonşu ölkələrlə danışıqlara başlamaq üçün bir mandat verəcək.

İKRHmüstəqillik referendumunu sentyabrın 25-də keçirib.

Əlaqəli mövzular

Bu barədə daha geniş