"Məktəbə getsələr də savadsız qalan uşaqlar" - hesabat

Dəkkada məktəb Fotonun müəllifi World Bank
Image caption BMT hesabatına görə məktəbə gedən milyonlarla şagird təməl bacarıqlara sahib olmur.

Dünya boyunca hər on uşaq və yeniyetmədən biri təməl təhsil səviyyəsini əldə edə bilmir, BMT-nin son hesabatında deyilir.

BMT hesabatın nəticələrini "təhsil böhranı" kimi dəyərləndirib.

Beynəlxalq yardım qrupları tədris sahəsində əsas vurğunu adətən məktəblərin çatışmazlığına edir.

Lakin UNESCO-nun Statistika İnstitutu (Unesco Institute for Statistics) tərəfindən hazırlanmış son sənəddə əsas diqqət tədrisin keyfiyyətinə yönəldilir.



Hesabata əsasən 600 milyondan çox məktəb yaşında olan uşaq riyaziyyat və oxumaq bacarıqlarına sahib deyillər.

Belə vəziyyət daha çox Afrika, Asiya ölkələri və münaqişə bölgələrində müşahidə olunur.

Bəzi Afrika və Cənubi Asiya dövlətlərində yetərli təhsil səviyyəsinə sahib olmayanların sayı 80 faizdən artıqdır.

Avropada isə uşaq və yeniyetmələr arasında bu rəqəm 14 faizə çatır.

Hesabatdakı xəbərdarlığa görə təhsil səviyyəsi hər bir sosial və iqtisadi inkişaf planlarına əngəl törədəcək.

Şagirdlərin təhsili keyfiyyəti barədə Dünya Bankının sonuncu hesabatında da bəhs edilir.

Sənədə görə aşağı və ortagəlirli ölkələrdə tələblərə cavab verməyən təhsil səviyyəsinə görə insanlar aşağımaaşlı işlərdə ilişib qalır.

Əlaqəli mövzular

Bu barədə daha geniş