Fransada həkimlər müalicə üsulu ilə insanı vegetativ vəziyyətdən çıxarıblar

Деятельность мозга Fotonun müəllifi Corazzol et al
Image caption Sınaqlar beyinin azan sinirinin stimullaşdırılmasından əvvəlki və sonrakı fəaliyyətindəki fərqi göstərir

Fransada həkimlər 15 ildir vegetativ (sinir sistemi xəstəliyi) vəziyyətdə olan xəstənin şuurunu qismən geri qaytramağa nail olublar.

Həkimlər avtomobil qəzasında xəsarət alan 35 yaşlı kişinin sinəsinə sinir stimullaşdırıcısı implantasiya yerləşdirərək üzərində müalicə kursu keçiblər.

Müalicənin ilk ayı ərzində xəstə başını döndərmək və gözləri ilə obyekti izləmək kimi asan hərəkətləri yerinə yetirib.

Ekspertlərin fikrincə, nəticələr ümidvericidir, lakin onları təkrarlamaq lazımdır.

Ehtimallara görə, azan sinir stimullaşdırılması (vagal nerve stimulation - VNS) digər beyin ziyan növlərindən əziyyət çəkən insanlar üçün bu dərəcədə nəticə verməyə bilər.

Liondakı Marc Jeannore adına Koqnitiv Elmləri İnstitutundan olan Angela Sirigu, yeni müalicəni təcrübədən keçirmək üçün ağır vəziyyətdə olan xəstəni seçildiyini qeyd edib.

Azan siniri beyni bədənin müxtəlif hissələri ilə birləşdirir, o cümlədən ayıqlıq və həssaslıq kimi şüurlu və avtomatik yerinə yetirilən prosseslərin idarə edilməsinə kömək edir.

Vagus siniri stimullaşdırması başladıqdan bir ay sonra xəstənin anası terapevtin oğluna kitab oxuyan zaman ayıq vəziyyətdə daha çox qaldığını qeyd edib.

Kompüter tomoqrafiyasının beynin yaxşılaşdığını göstərib, Current Biology jurnalı yazıb.

Məsələn, həkim qəfildən ona yaxınlaşan zaman xəstə təəccüblənib və onun göz bəbəkləri böyüyüb.

Angela Sirigu bunları söyləyib: "Hətta heç bir ümid ehtimalı olmayan yerdə beynin plastik bərpası mümkündür."

"Bu müalicə üsulu çox məhdud şuur vəziyyətində olan xəstələrə ətraf mühitlə ünsiyyət yaratmaq imkanı əldə etmək ümidi verir".

London Universiteti kollecinin nəzdindəki Nevrologiya İnstitutunun əməkdaşı Vladimir Litvak isə bu müalicə barədə ehtiyatla danışıb: "Bu müalicə gələcəkdə çox şey vəd edə bilər, lakin mən digər xəstələrin müalicə nəticələri olmayana qədər bu barədə ehtiyatla danışmağa çağırıram."

"Hələ ki, bir təcrübə ilə digər xəstələrdə müalicənin necə effektli olmasını başa düşmək çətindir ".


Veqetativ vəziyyət

  • Vegetativ vəziyyət özünü o zaman göstərir ki, insan şüur əlamətləri olmadan ayıq olur. O, gözlərini aça bilər, mütəmadi olaraq yatıb və oyana bilər; onun əsas refleksleri ola bilər; o kömək olmadan müstəqil şəkildə ürək döyüntüsünü və tənəffüsü tənzimləyə bilər.
  • Vegetativ vəziyyətdə olan insan şüurlu şəkildə reaksiya vermir. Məsələn, o, obyekti gözü ilə izləyə bilmir və səsə reaksiya vermir. Həmçinin, o, emosional hisslərini biruzə vermir.
  • Davamlı vegetativ vəziyyət 4 həftə davam edərsə o zaman müəyyən edilir.
  • Daimi vegetativ vəziyyət diaqnozu beyin xəsarət almadığı halda 6 ay müddətdən sonra, beyin xəsarət aldğı halda isə, məsələn, başa zərbə vurulduqdan 12 ay sonra qoyulur.
  • Əgər insan daimi vegetativ vəziyyətdədirsə, onun bərpa edilməsi ehtimalı aşağıdır. Amma istisna olunmur.

Əlaqəli mövzular

Bu barədə daha geniş