Facebook-un yaradıcısı Zuckerberg Trump-a qarşı sövdələşmə ittihamlarını rədd edib

Основатель "Фейсбука" Марк Цукерберг Fotonun müəllifi Getty Images

Facebookun qurucusu Mark Zuckerberg ABŞ prezidenti Donald Trump-ın sosial şəbəkənin həmişə ona qarşı olması ittihamlarını rədd edib.

Bir müddət əvvəl Trump Twitter sosial şəbəkəsində Facebook-u və bəzi qəzetləri ona qarşı "gizli sövdələşmədə" ittiham edib.

"Facebook həmişə Trump əleyhinə olub. Sosial şəbəkələr həmişə Trump-a qarşı çıxıb, beləliklə, saxta xəbərlər. New York Times (üzr istəyib) və Washington Post Trump əleyhinə idilər. Sövdələşmə?", deyə o yazıb.

Lakin bu sözlər Trump-ın öz ideyalarını məhz sosial şəbəkələr vasitəsilə seçicilərə yaymasına imkan yaratması barədə ABŞ-da liberal dairələrin iddialarına ziddir.

Tənqidçilər əmindir ki, sosial şəbəkələr olmasaydı, o, belə bir imkandan məhrum olacaqdı.

ZuckerbergTrump-ın tənqidilə razılaşmayıb, o, həmçinin liberal cəmiyyətin də iddialarını qəbul etməyib.

33 yaşlı milyarder Trump-a Facebook sosial şəbəkəsində cavab verərək bildirib ki, sosial şəbəkənin hədəfi bütün mümkün fikirlərin ifadə olunması üçün bir platformaya çevrilməkdir.

"Facebook insanlara səs verir. Namizədlərin birbaşa ünsiyyət qurmasına şərait yaradır, milyonlarla insanın səs verməsinə kömək edir", o qeyd edib.

Seçkilərə müdaxilə iddiaları

Facebook qısa müddətdə Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə iddialarını araşdıran Konqres təhqiqatçılarına 3 min siyasi reklamı təhvil verəcək.

Sayt reklamların 2016-cı ildə baş tutan prezident seçkisi dövründə və sonrasında Rusiyadakı şəxslər tərəfindən satın alındığına inanır.

Noyabrın 1-də Facebook, Twitter və Google-dan ABŞ Senatının Kəşfiyyat Komitəsində Rusiyanın seçkilərə müdaxiləsi iddiaları haqqında ifadə verməsi istənilib.

Facebook və Google komitə iclaslarına qatılmaq üçün dəvət aldıqlarını bildiriblər, lakin sosial media nəhənglərinin heç biri iclaslarda iştirakını təsdiqləməyib.

Rusiyanın ABŞ prezident seçkilərinə müdaxilə iddialarını həm Trump, həm də Rusiya rədd edir.

Bu barədə daha geniş