Kim Jong-nam-ın qətli: Qadınlar Malayziya məhkəməsinə təqsirsiz olduqlarını bildirib

Vyetnam vətəndaşı Doan Thi Huong (solda) və İndoneziya vətəndaşı Siti Aisyah (sağda) Fotonun müəllifi Reuters
Image caption Vyetnam vətəndaşı Doan Thi Huong (solda) və İndoneziya vətəndaşı Siti Aisyah (sağda) Kim Jong-nam-ı qətlə yetirməkdə ittiham olunurlar.

Malayziyada Şimali Koreya liderinin atabir qardaşı olan Kim Jong-nam-ın qətli ilə bağlı başlamış məhkəmədə ittiham edilən iki qadın təqsirsiz oluqlarını bildiriblər.

Kim Jong-nam bu ilin fevral ayında Malayziya paytaxtı Kuala Lumpur-da, aeroportda zəhrələnərək öldürülüb.

Aeroportda uçuşu gözləyən Kim Jong-nam-ın qətlə yetirilməsi üçün olduqca güclü təsirə malik VX sinir qazından istifadə olunub.

Onu öldürməkdə ittiham olunan iki qadın, 29 yaşlı Vyetnam vətəndaşı Doan Thi Huong və 25 yaşlı İndoneziya vətəndaşı Siti Aisyah, zəhərli kimyəvi maddəni Kim Jong-nam-ın üzünə yaxmaqda ittiham olunurlar.

Fotonun müəllifi AFP
Image caption Şimali Koreya liderinin atabir qardaşı Kim Jong-nam bu ilin fevralında Malayziyada qətlə yetirilib.

Televiziya şou proqramında iştirak etdiklərini zənn edən qadınlar Şimali Koreya agentləri tərəfindən aldadıqlarını bildiriblər.

Pxenyan bu qətl hadisəsinə hər hansı bağlılığını rədd edib.

Lakin Malayziya rəsmiləri hesab edir ki, qətl hadisəsinin hazırlanmasında dörd Şimali Koreya vətəndaşı iştirak edib və onlar hadisə baş verən gün Malayziyanı tərk ediblər.

Bu insident nəticəsində Şimali Koreya ilə Malayziya arasında bir vaxtlar səmimi olan münasibətlər kəskin dərəcədə pisləşib, hər iki ölkə qarşı tərəfdəki səfirini geri çağırıb.

Bu barədə daha geniş