Fotobloq: Bişkek qızları necə oldu ki, hicab geydilər?

Fotoqraf Umida Axmedova, qonşu Qırğızıstanda bu yaxınlarda olub. O deyir ki, Bişkek qadınları və qızları arasında dini paltar geyinənlərin sayı getdikcə artır.

Киргизия Fotonun müəllifi Umida Akhmedova

Bişkekdə iki il olmamışam. Bu dəfə çox sayda qadının baş örtüyü taxdığı gözə dəyirdi. Bişkek bazarlarında, xüsusən, "Dordoyda" cərgələrlə düzülən tacirlər baş örtüyü satır.

Киргизия Fotonun müəllifi Umida Akhmedova
Киргизия Fotonun müəllifi Umida Akhmedova

Orta Asiyada qırğız qadınları oturaq xalqların qadınlarına nisbətən daha sərbəst idilər.

Qırğız qadını kişilərlə bərabər at sürməyi, qoyunu kəsməyi, yurt qurmağı bacarmalı idi.

İndi isə baş verən dəyişiklik gözə dəyir.

"Qırğızların məhz indi ərəb paltarı geyməyə başladıqlarını anlamaq çətindir. Görünür, bu, bütün dünyada islamlaşma getməsi ilə bağlıdır", - bir həmsöhbətim dedi.

Киргизия Fotonun müəllifi Umida Akhmedova
Киргизия Fotonun müəllifi Umida Akhmedova

Qırğızıstanda islamlaşma SSRİ dağıldıqdan sonra başlayıb.

İdeologiya dinlə əvəzlənməyə başladı və indi bunu paytaxtda hiss etmək mümkündür.

Qırğız jurnalisti, "MK-Asiya" nəşrinin keçmiş redaktoru Uluqbek Babakulov hesab edir ki, bu prosesi sürətləndirən prezident Atambayev olub.

"Bir neçə il bundan əvvəl [prezident] qırğızların dindarlığından danışmışdı. O, dini xadimlərin dəstəyinə söykənir, onlar isə camaatı inandırmağa çalışır kı, hakimiyyətə qarşı olanları Allah qəbul etmir", - Babakulov deyir.

Onun təbirincə, dindarlıq əvvəlcə dəb olub, indi isə "az qala, ehtiyaca çevrilib".

Bir çox kənd dükanlarında spirtli içkilərin satışına son qoyulub, çünki imamlar və onların davamçılarından ehtiyat edilir, jurnalist əlavə edir.

Киргизия Fotonun müəllifi Umida Akhmedova
Киргизия Fotonun müəllifi Umida Akhmedova

"Cəmiyyət daxilində bu tendensiya fəal müzakirə olunur və münasibət, bir çox halda, heç də müsbət deyil, - adının çəkilməsini istəməyən, Bişkekdən olan digər bir jurnalist deyib. - Hakimiyyətin həll edə bilmədiyi bir çox suallara cavabı din verir".

"Bu proses qaçılmazdır. Dünyəvi hakimiyyət xalq üçün heç bir iş görmür. İnsanların ümidi tək bir Allaha qalıb", - daha bir bişkekli həmsöhbətim deyir.

Bununla belə, Qırğızıstanda insanların, qonşu Özbəkistanla müqayisədə özlərini daha sərbəst apardıqları hiss olunur.

Bişkəkdə insanlar, şəkillərinin çəkilməsinə müalyim yanaşır - onlar qəzəblənmir, fotoqrafdan qaçmır.

Bu qadın, görəndə ki, onu çəkirəm, mənə əl etdi.

Киргизия Fotonun müəllifi Umida Akhmedova

Umida Axmedova - Özbəkistandan olan kinodokumentalist və fotoqraf.

Əlaqəli mövzular

Bu barədə daha geniş