Las Vegas şübhəlisi iki təyyarə sahibi, milyonçu əmlak yatırımçısıdır

Стивен Паддок Fotonun müəllifi CBS News
Image caption Stephen Paddock, NBC News-un yaydığına görə, bu yaxınlarda qumara bağlı on minlərlə pul transfer edib.

Las Vegas-da açıq havada keçirilən konsertdə onlarla adamın ölümünə və yüzlərlə şəxsin yaralanmasına səbəb olan 64 yaşlı Stephen Paddock kimdir?

Keçmiş mühasib olan Stephen Paddock Las Vegas-ın şimal-qərbində kiçik Mesquite şəhərində yaşayıb. O, zəngin bir təqaüdçü imiş. Pilot lisezinsiyası daşıyan və iki təyyarə sahibi Stephen Paddock-un heç bir kriminal keçmişi olmayıb, polis bildirib.

Ancaq keçmiş qonşularından biri onun "qumarbaz" və "qəribə" adam olduğunu söyləyib.

Məlumatlara görə, Stephen Paddock Marilou Danley adlı bir qadınla yaşayırmış. Hadisədən sonra onun ölkədə olmadığı məlum olub, polis bildirib.

Las Vegas polis şerifi Joseph Lombardo bildirib ki, polis onun evini axtararkən, külli miqdarda silah-sursat - odlu silah, partlayıcı maddə tapıb. Polis bəzi elekton cihazları da götürüb.

Stephen Paddock-un maşınından da silah tapılıb.

Las Vegas-da iri silah mağazalarından biri olan New Frontier Armory-dən David Famiglietti bildirib ki, Stephen Paddock bu ilin yazında silah alıb və bu zaman lazım olan sənədləri onlara təqdim edib.

Stephen Paddock-un qardaşı Eric deyib ki, Las Vegas hücumçusunun qardaşı olduğunu bildikdə ailəlikcə şoka düşüblər.

Eric Paddock reportyorlara deyib ki, onların atası Patrick Benjamin bank soyğunçusu olub və bir zamanlar onun adı FBİ-nin "axtarılanlar siyahısında" yer alıb.

Ata Paddock bir dəfə də həbsxanadan qaça bilib.

1969-cu ildə hazırlanan "axtarılır" siyahısında Patrick Benjamin Paddock "psixoloji problemli" birisi kimi təqdim edilib.

Fotonun müəllifi Getty Images

Eric Paddock qardaşının belə bir hadisə törətməsi üçün heç bir səbəb görmədiyini deyib. O, qardaşını "internetdə video oyun oynayan, gəmi səyahətlərinə çıxan və Meksika yeməyi yeyən" biri kimi təsvir edib.

Eric Paddock qardaşının silah aludəçisi olmadığını da əlavə edib.

NBC News-ın yaydığına görə, Stephen Paddock-un bu yaxınlarda qumara bağlı on minlərlə pul transfer etdiyini, amma bunun gəlir, ya itki olduğunun hələ aydınlaşmadığı bildirilir.

Şübhəlinin digər qardaşı Bruce Paddock NBC-yə bildirib ki, onun qardaşı milyonçu əmlak yatırımçısıdır.

Əlaqəli mövzular

Bu barədə daha geniş