Malayziya: Müsəlmanlar üçün camaşırxana qalmaqala səbəb olub

Woman standing in a laundrette Fotonun müəllifi The Malaysian Insight/Hasnoor Hussain
Image caption Təmiz olmaq abid olmaq deməkdirmi? Malayziyada bu məsələ ətrafında debatlara camaşırxanadakı elan səbəb olub.

Yalnız müsəlman müştərilərə xidmət göstərən camaşırxana Malayziyada qalmaqala səbəb olub.

Bu ölkədə əhalinin üçdə ikisi müsəlmandır.

Cohor ştatında "müsəlman" camaşırxanasını reklam edən lövhə ilk dəfə sosial mediada bu həftə paylaşılıb.

"Təmizlik səbəblərinə görə bu camaşırxana yalnız müsəlman müştərilərə xidmət göstərir", - belə bir xəbərdarlıq yazısı lövhədə yerləşdirilib .

"Müsəlmanlar üçün təmizlik paltarla məhdudlaşmır, bütövlükdə təmizlik nəzərdə tutulur", - adının açıqlanmasını istəməyən camaşırxana sahibi Star qəzetinə deyib.

Həmin adam Malayziyanın Insight vebsaytına bildirib ki, bu xidməti ondan müştəriləri xahiş edib.

Xəbərdarlıq elanı bir ay bundan əvvəl asılıb.

Malayziyalıların çoxunu bu elan narahat edib.

Narahatlığını, o cümlədən, ölkənin sultanı, Sultan Ibrahim Ibni Sultan Iskəndər də bildirib.

O, baş verən hadisə ilə bağlı kral ailəsinin "dərindən sarsıldığını" deyib.

Sultan, sözügedən camarşırxanada diskriminasiyaya dərhal son qoyulmasına dair göstəriş verib.

"Bura Taliban dövləti deyil və Cohorda İslam rəhbəri kimi mən bu aksiyanı tamamilə qəbuledilməz və təbiətcə ekstremist hadisəsi sayıram", - o, Star nəşrinə bildirib.

Fotonun müəllifi The Malaysian Insight/Hasnoor Hussain
Image caption Camaşırxana elanında deyilib ki, yalnız müsəlmanlara xidmət göstərməklə paltarların "təmizliyinə" nail olunur.

Bu hadisə Malayziyada qalmaqala səbəb olub. Ölkədə İslam qanununvericiliyi və ənənələr ilə Konstitusiya azadlıqları arasında balansın gözlənilməsi cəmiyyətin diqqətini cəkən məsələlərdəndir.

Bu hadisə ilə bağlı bir Twitter istifadəçisi yazıb: "Qeyri-müsəlmanlara camaşırxanadan istifadəyə qadağa qoymaq İslamın adına yaraşmayan hərəkətdir".

Bəziləri isə düşünür ki, mövcud praktika nəzərə alınmaqla, sözügedən əhvalat həddindən artıq şişirdilib.

"Bu əhvalatla bağlı o qədər çinli narazı olub ki, -daha bir tvitter istifadəçisi yazıb. - Görəsən, onlar kirayəyə verilən ev və otaq elanında "Yalnız çinlilər üçün" cümləsini görmürlərmi?"

Sultan Ibrahimin xəbərdarlığına uyğun olaraq, camaşırxana sahibi elana görə müştərilərdən üzr istəyib və qalmaqal doğuran lövhəni yığışdırıb.

Bu hadisənin yaratdığı qalmaqal sovuşarkən isə, eyni hərəkətin daha bir camaşırxana tərəfindən edildiyi barədə xəbərlər yayılıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş