Las Vegas hücumçusu otel otağının ətrafına kameralar quraşdırıbmış

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Bu görüntülər sizin üçün sarsıntılı ola bilər.

Las Vegasda 60-a yaxın adamın ölümünə, 500-dən çox şəxsin yaralanmasına bais olan Stephen Paddock qaldığı hotel otağının ətrafnda kameralar quraşdırıbmış.

Dəhlizdə quraşdırılmış iki kamera ona imkan verirdi ki, "təhlükəsizlik əməkdaşlarının və ya qanun keşikçiləri" yaxınlaşanda onları görsün, polis bildirib.

Polis hələ də Mandalay Bay otelindən açıq havada keçirilən konserti atəş yağışına tutan 64 yaşlı Paddock-un hücumunun motivlərini axtarırlar.

Ancaq onlar hücumun yüksək dərəcədə planlaşdırıldığını qeyd edirlər.


Həmçinin oxuyun:

ABŞ Las Vegas hücumunun səbəblərini araşdırır

Las Vegas şübhəlisi iki təyyarə sahibi, milyonçu əmlak yatırımçısıdır


Fotonun müəllifi Paddock family
Image caption Şübhəli silahlı Stephen Paddock - şəkilin çəkildiyi tarix məlum deyil

Şerif Joseph Lombardo reportyorlara deyib ki, "bunun əvvəldən geniş şəkildə planlaşdırıldığına və onun edəcəyi hər hərəkəti nəzərə aldığına inanır".

Şerif müavini Kevin McMahill deyir ki, hücum ola bilsin, bir təhlükəsizlik zabiti Paddock-un otağına girməyə cəhd edəndə dayanıb. Paddock ona içəridən atəş açaraq ayağından vurub.

Müasir ABŞ tarixində ən pis hesab edilən bu qırğın ölkədə silah qanununu bir daha gündəmə gətirib. Ancaq prezident Donald Trump deyib ki, əgər bunu müzakirə etmək lazımdırsa, indi zamanı deyil.

O, əvvəlki açıqlamalarında Paddock-u "xəstə adam", "axmaq adam" kimi təsvir edib.

Ancaq ABŞ-ın adının açıqlanmasını istəməyən milli təhlükəsizlik rəsmisi Reuters agentliyinə bildirib kli, ortada Paddock-un "ruhi xəstə olması və ya beyin zədələnməsi keçirməsi" kimi sübut yoxdur.

Polis eyni zamanda Paddock-un hər hansı xarici terror təşkilatı ilə əlaqəsini də tapa bilməyib.

Paddock polis onun atəş açdığı otelə hücum etməzdən qabaq özünü öldürüb. Paddock otelin 33-cü mərtəbəsində qaldığı otaqdan konserti atəşə tutub.

Polis onun otağından 23 silah tapıb, şəxsi evindən isə külli-miqdarda silah-sursat, partlayıcı vasitə çıxıb. Hər iki yerdə aşkar edilən silahların ümumi sayı 47 olub, rəsmilər bildirib.

Fotonun müəllifi Boston 25 News
Image caption Paddock-un otel otağında aşkar edilən silahlardan biri

Hücum zamanı Paddock-un olduğu otağın fotoları Boston 25 News-ə məxsusdur.

Polis onun birgə yaşadığı qadın Marilou Danley-in hücum zmanı Filippində olduğunu, lakin onunla əlaqədə olduğunu bildirib.

Filippin imiqrasiya burosundan reportyorlara bildiriblər ki, o, artıq ölkəni tərk edib və Los Angeles-ə qayıdıb.

Keçmiş mühasib olan Stephen Paddock Las Vegas-ın şimal-qərbində kiçik Mesquite şəhərində yaşayıb. O, zəngin bir təqaüdçü imiş. Pilot lisezinsiyası daşıyan və iki təyyarə sahibi, əmlak yatırımçısı olub.

Əlaqəli mövzular

Bu barədə daha geniş