Separatizmin tarixi: Kataloniya İspaniyadan niyə ayrılmaq istəyir?

митинг в Каталонии Fotonun müəllifi Getty Images
Image caption Kataloniya liderləri müstəqillik referndumunda 42 faiz seçicinin iştirak etdiyini söyləyirlər.

İspaniyada Kataloniyada keçirilən müstəqillik referendumuna görə yaranan siyasi həyəcan bu diyar, onun tarixi və ümumiyyətlə kataloniyalıların bu ölkədə niyə xüsusi yer tutmamalarını fikirləşmələri barədə xatırlamaq fürsəti verir.

Pireney yarımadasının qədim sakinləri iberlərlər olub, onları yalnız tədqiqatçılar keltlər, digərləri isə Şimali Afrikadan gələnlər hesab edirdilər.

Sivilizasiya İberiyaya şərqdən gəlib və ilk olaraq Aralıq dənizinə təsir edib. Nəticədə Kataloniya olan bölgənin tarixi bizim eramızadan əvvəl 575-ci ildə, yunanlar dəniz sahillərində Emporion müstəmləkəsi yaradan zaman başlayıb.

Cənub hissədə yerləşən müasir Alicante və Cartagena port şəhərləri də həmin vaxtı yaranıb.

İberlər və yunanlardan sonra karfagenlər meydana çıxıb.

Kataloniyanı kim yaradıb?

Əfsanəyə görə Barcelonanın yaranması Heraklın adıyla bağlıdır.

Əslində isə onun əsasını bizim eraməzdan əvvəl 237-ci ildə karfagen sərkərdəsi Gamilkar, Hannibalın atası qoyub.

Gamilkarı hamı Barka ("İldırım sürəti") təxəllüsü ilə tanıyırdı. Bu təxəllüsü o, sürətli keçidlərinə görə almışdı.

Ona sadiq olanlar yeni şəhəri guya onun şərəfinə Barcina adlandırmaq istədilər və o da buna qarşı çıxmadı.

Bizim eramızdan əvvəl 218-201 İkinci Pun müharibəsindən sonra Pireney yarımadası Romanın əyalətinə çevrildi.

Onun ən inkişaf edən şəhərləri isə Tarragona və Barcelona idi.

İberlər hakimiyyət dəyişikliyinə birmənalı yanaşmırdılar.

Bəziləri karfagenləri zülmkar hesab etdikləri və Roma intizamını daha xeyirli hesab etdikləri üçün tez bir zamanda vəziyyətə uyğunlaşdılar.

Digərləri isə başları üzərində hansısa hakimiyyəti arzu etmirdilər və dağlıq rayonlarda 200 ilə yaxın müqavimət göstərdilər.

V əsrdə xalqların böyük mühacirətindən və Qərbi Roma İmperiyasının dağılmasından sonra bu münbit ölkəyə müasir osetinlərin əcdadı olan vestqotlar və alanlar gəldilər.

Vestqotlar öz krallıqlarını Qotalaniya adlandırdılar və "Kataloniya" sözü də buradan götürülüb.

Nəzəri olaraq bütün İspaniya Kataloniya adlana bilərdi, lakin burda "dovşanlar ölkəsi" (və ya dovşanlar sahili) mənasını verən karfagen sözü "i-şpanim" üstünlük təşkil edirdi.

Roma coğrafiyaşünası Strabon "Hispania" latın sözünə uyğunlaşdırıldığını xatırladıb.

Ayrılmağın başlanğıcı

711-ci ildə ərəblər Gibraltar vasitəsilə keçərək iki il ərzində bütün Pireney yarımadasını, o cümlədən Kataloniyanı fəth etdilər.

İspaniyanın mərkəzi və cənub hissəsi 700 il ərzində Kordova və Qranada xəlfələrinin və əmirlərinin nəzarətində olub, şimal-şərq hissəsi isə 100 il sonra franklar tərəfindən işğal olunmuşdu və bu günə qədər də orada şərqin yox, fransızların təsiri var.

798-ci ildə Böyük Karl öz tərəfdarı Sunifredi Barcelona qrafı elan etdi.

Onun hakimiyyəti altında Fransanın cənub hissəsi (Karkasson, Nim, Bez) də vardı.

Radikal milliyyətçi katoloniyalılar Şərqi Pireneyin fransız departamentini "Şimali Kataloniya" adlandırırdılar.

Xüsusilə, elmi açıqlaması olmasa da ispan dilinin fransız diliylə qarışığı adlandırılan katalon dili formalaşmağa başladı.

3 əsr müstəqillik

985-ci ildə məhşur Kordova xəlifəsi Əl-Mansur (Almanzor) qısa müddət ərzində Barcelonanı işğal etdi.

Artıq 3 il sonra ərəblər o zamanlar yaxşı dövrləri olmayan Fransanın köməyi olmadan yenidən sürgün edildilər.

Qraf II Borrel müstəqil dövlət üzərində hakimiyyətini elan etdi. Müstəqil Kataloniya tərəfdarlarının fikrincə, bu hadisə "Kataloniyanın doğulmasıdır".

1164-cü ildə Barcelona qraflığı dinastiya sülaləsi vasitəsilə Aragon krallığının tərkibinə daxil oldu, hansı ki, XIII-XV yüz illərdə nəhəng dövlət idi və İspaniyanın əhəmiyyətli Aralıq dənizi sahilləri ilə yanaşı Neapol, Sicilia, Sardegna və Mallorca-ya nəzarət edirdi.

1359-cu ildə Aragonda parlament mövcud idi və o dövrün standartlarına görə, o Avropadakı ən demokratik ölkələrdən biri hesab olunurdu.

1469-cu ildə gənc Aragon kralı Ferdinand Kastiliyia taxt-tacının yeganə varisi İsabella-ya evlənir.

"Katolik monarxları" kimi məhşur olan ər-arvad bu günə qədər mövcud olan vahid İspaniya dövləti qurdular.

Madridin nöqteyi nəzərindən xalqın əsrlik arzusunu yerinə yetirdilər.

Lakin Barcelonada hamı belə düşünmür.

Ferdinand və İsabella bir tərəfdən Kolumb ekspedisiyanın, digər tərəfdən yəhudilərə və müsəlmanlara qarşı təqiblərin və inkivizisayının qurulmasının dəstəyilə tarixdə iz qoydular.

Köhnə incikliklər

Vahid dövlət lap əvvəldən paritet prinsiplər əsasında qurulmamışdı.

Burada söhbət faktiki olaraq iki eyni hüquqlu subyektlərin birləşməsindən deyil, Aragonun Kastiliyanın tərkibinə daxil olmasından gedirdi.

Aragon krallığı rəsmi olaraq 1714-cü ilə qədər mövcud olub.

Ümumavropa müharibəsi nəticəsində XIV Ludovikin nəvəsi V Filip Ispaniya kralı olub. Bu günə qədər onun varisləri İspaniya taxt-tacına sahibdirlər.

Aragonlar və katalonlar həmin müharibədə əsasən başqa namizədi Avstriyalı Carl-ı dəstəkləyirdilər və bəzi tarixçilərin fikrincə, buna görə ikinci sinif təbəqə sayılırdılar.

1869-cu ildə İspaniyada liberal konstitusiya qəbul edildi və Kataloniya müstəqilliyinin tərəfdarları rəsmən özlərini elan etməyi bacardılar.

Fotonun müəllifi Public domain
Image caption Aragon parlamenti Avropada ilklərdən biri idi

Bu ideya bəzən aktual, bəzən ikinci plana keçsə də unudulmadı.

Xüsusilə, general Franko rejimi bu əhval-ruhiyyəni daha da gücləndirdi.

İspan vilayətlərinin sakinlərinin bəzilərinin gözündə Madrid təzyiq, Kataloniyanın ayrılması isə azadlıq kimi səciyyələndirilirdi.

Lakin ispan solçuları da separatizmi qəbul etmirdilər.

1934-cü ilin oktyabrın 6-da Kataloniya parlamenti müstəqilliyə səs verdi, İspaniyanın respublikaçı hökuməti isə bunu xəyanət elan edərək həbslərlə cavab verdi.

Buna baxmayaraq iki il sonra baş verən vətəndaş müharibəsində kataloniyalı milliyətçilər hərbi diktaturanın daha pis olduğunu düşünərək respublikaçıları dəstəklədilər.

Onların lideri Luis Kompanis franklar tərəfindən güllələnib. XX əsrin əvvəllərindən mövcud olan Kataloniya muxtariyyatı ləğv edildi, dildən rəsmi sahələrdə istifadə olunması qadağan edildi.

İspaniya 1979-cu ildə demokratiyaya keçid etdikdən sonra muxtariyyat bərpa edildi, Kataloniya dili isə rəsmi status aldı.

2006-cı ildə mərkəzi hökumət əhəmiyyətli dərəcədə yerli idarəetmə hüquqlarını genişləndirdi, Kataloniyaya vilayətlərdən yığılan bütün yerli vergiləri və mərkəzi vergilərin yarısını idarə etmək hüququ verdi.

Bununla yanaşı Kataloniya vətəndaşları və siyasətçiləri bunun yetərli olmadığını deyirlər.

Kataloniya rəhbərliyinin verdiyi açıqlamaya görə, 2017-ci ilin oktyabrın 1-də keçirilən müstəqillik referendumunda 2.2 milyon (ümumilikdə 5,3 milyon seçici qeydə alınıb) insan iştirak edib. Səs verənlərin 90 faizi müstəqilliyin lehinə səs veriblər.

Əlaqəli mövzular

Bu barədə daha geniş