Nüvə silahı əleyhinə kampaniya qrupu Nobel sülh mükafatını qazanıb

портрет Нобеля Fotonun müəllifi AFP

2017-ci il Nobel sülh mükafatı Nüvə Silahlarının Ləğv Edilməsi üzrə Beynəlxalq Kampaniya (International Campaign to Abolish Nuclear Weapons, ICAN) qrupuna verilib.

Nobel komitəsinin sədri deyib ki, qərar İCAN qrupu tərəfindən silahların "qadağan edilməsinə nail olmaq uğrunda göstərdiyi əsaslı səylərə" nəzərə alıb.

Berit Reiss-Andersen sözlərinə görə son illər ərzində nüvə silahının istifadə riski ən yüksək səviyyə çatıb.

Nobel komitəsinin sədri bu səpkidə Şimali Koreyanı misal çəkib.

Ötən il Nobel Mükafatı Kolumbiyadakı silahlı FARK qrupu ilə münaqişəyə son qoyan prezident Juan Manuel Santosa verilmişdi.

50 ildən artıq müddət ərzində davam edən qarşıdurma 250 min adamın ölümünə bais olmuşdu.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Alfred Nobel kimdir?

Əlaqəli mövzular

Bu barədə daha geniş